Almaarx

AlmaarxYevlax rayonu ərazisində arx.

Tədqiqatçıların böyük əksəriyyətinin fikirlərinə əsasən, "alma" sözü ilə bağlı toponimlər alma ağacı ilə zəngin obyektləri bildirir. Lakin "alma" komponentli toponimlərin bağlı olduğu obyektlərin müxtəlifliyi və arealının genişliyi bu fikirlə razılaşmamağa əsas verir. Alma Ata (Tatarıstan), Alma Atı, Alma Arasan (Qazaxıstan), Alma Kerman, Alma Tamak, Alma Tarxan (Krım), Alma/Zeda Alma (Acarıstan), Almazar (Özbəkistan), Alma çayı (Krım dağlarından axır), Almalı (Azərbaycan, Cənubi Azərbaycan, Ermənistan) və s. coğrafi adların hamısı alma ağacı ilə bağlı ola bilməz. Türk dillərində alma sözünün "meyvə növü" mənasından başqa "dəyişmə"; "alınma, götürülmə"; "üstün, daha yaxşı" "turş"; "almat/almatı" şəklində isə "təbəə, rəiyyət, tabelik" mənalarında işləndiyini və Alma Atı (Qazaxıstan) şəhərinin və Almatinka çayının rus mənbələrində "Vernıy", "reka okolo Vernoqo" adlanmasını nəzərə alsaq bu fikri təsdiq etmiş olarıq. Bu baxımdan Yevlax rayonununda Almaarx hidronimi alma (alınma) və arx (su obyekti termini) sözlərindən düzəlib, "hansısa su hövzəsindən alınma, ayrılma arx" deməkdir.

  • Azərbaycan toponimlərinin izahlı lüğəti. İki cilddə. I cild. Bakı, 2007