Alozalar

Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi.

Alosa
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Koqorta:
Dəstəüstü:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Alosa
Beynəlxalq elmi adı

Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır.

Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur. Bədəni yanlardan çox basıqdır, qarnında iti kili, quyruq üzgəcinin dibində cüt uzunsov pulcuq, zolaqlı qəlsəmə qapağı və ondan arxada tünd ləkə vardır. Əksər növləri keçici, yarımkeçici, bəzən şirinsuda yaşayan balıqlardır. Şərqi Amerika və Avropanın sahil sularında yayılmışdır. 2–5 yaşında cinsi yetkinliyə çatır. 6–11 il yaşayır. 70-dən 700 minədək kürü tökür. Rusiya dənizlərində 5 növü – Avropa alozası, Xəzər-Qara dəniz şişqarını, Kessler siyənəyi, Qara dəniz-Azov keçici siyənəyi və Amerika siyənəyi məlumdur. Qiymətli ov balıqlarıdır. Keçmişdə Xəzər keçici siyənəyi (qarabel siyənək, Volqa siyənəyi, Həştərxan siyənəyi, zalom və s.) çoxlu sayda idi. Çayların axımı tənzimləndikdən sonra sayı azalmışdır.[2]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 384. ISBN 978-9952-441-02-4.
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
  • Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.