Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax:
Məmmədov.
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023[1]) — azərbaycanlı aktyor.
Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb.
Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.[2]
- Supunovalı — ("Çarəsiz sərnişinlər", G. Ltratiyev)
- Səlim — ("Aydın", C. Cabbarlı)
- Leylinin atası — ("Leyli və Məcnun", M. Füzuli)
- Egey və Bədləgər — ("Yay gecəsində yuxu", Vilyam Şekspir)
- Qəbirqazan və Keşiş — ("Hamlet", Vilyam Şekspir)
- Qapıçı və xidmətçi- ("Maqbet", V. Şekspir)
- Eskal — ("Tədbirə qarşı tədbir", V. Şekspir)
- Cadugər — ("Neron", M. Xubai)
- Hacı Baxşəli — ("Ölülər", C. Məmmədquluzadə)
- Vəzir – ("Sərgüzəşti vəziri-xani Lənkəran", M. F. Axundov)
- Polis – ("Mürafiə vəkilləri", M. F. Axundov)
- Axund – ("Ox və Hədəf", F. Ağamalıyev)
- Gözətçi – ("Karmen", P. Merime)
- Estraqon – ("Qodo həsrətində", S. Bekket)
- Vadim Andreyeviç – ("Ördək ovu ", A. Vampilov)
- Abbas –("Dadaşbala əməliyyatı", R. Əlizadə)
- Əlimənsur – ("Jaləli düzən", R. Əlizadə)
- Molla – ("Əbləhlərin toyu", R. Əlizadə)
- Tazı – ("Hamam hamam içində", R. Əlizadə)
- Kosa – ("Keçəlin toyu", R. Əlizadə)
- Ağsaqqal – ("Tıq-tıq xanım", R. Əlizadə)
- Kosa – ("Sehrli mücrü", R. Əlizadə)
- Div – ("Məlikməmməd", R. Əlizadə)
- İxtiyar – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə)
- Sərxan – ("Sultanqulu körpüsü", İ. Məlikzadə)
- Bolşevik – ("Şeytan tələsi", Ə. Əylisli)
- Həmid –("Qumm üzərində ev", R. İbrahimbəyov)
- Mirzə Məmmədəli – ("Atamın kitabı", B. Vahabzadə)
- Cəllad – ("Generalın son əmri", V. Səmədoğlu)
- Kamal – ("Mamay kişinin yuxuları", V. Səmədoğlu)
- Ata – ("Yeddi məhbusə", Ə. Əmirli)
- Professor – ("Meydan", Ə. Əmirli)
- Müdür – ("Komendant saatının lətifələri", Ş. Manafov)
- İxtiyar – ("İblis", H. Cavid)
- Kəblə Qubad – ("Ər və arvad", Ü. Hacıbəyov)
- Dəli – ("Ağıllı adam", F. Mustafa)
- Qonşu – ("Su pərisi" F. Mustafa)
- Hərənin öz ulduzu – ("Xəzinədar", Ə. Səməd)
- İnal bəy – ("Səni sevirəm Türkiyə", K. Abdulla)
- Ata – ("Valeh kəndiə qayıt", D. Mehdi)
- Aslan həkim – ("Vicdanın hökmü", H. Mirələmov)
- Dəyirmançı – ("Anamın gəlinlik paltarı", Ə. Əliyev)
- Qafar – ("Qarışqa yuvası", Ə. Qiyas)
- Tip – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev)
- Ox və məmur – ("Tarelkinin ölümü", Suxovo-Kobilin)
- Kərəməli – ("Məhəbbət yaşayır hələ", Hidayət)
- Mürid – ("Şeyx Sənan", H. Cavid)
- Dəyirmançı – ("Viktoriya", K. Hamsun)
- Çaylz – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
- Müəllim – ("Mənim ağ göyərçinim" T. Vəliyeva)
- Ata, İrvahim – ("Əcəl atı" V. Əlixanlı)
- Cabbar müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin)
- Ağa Mərdan – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
- Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə)
- Qazı – ("Əlincə qalası" Dilsuz)
- Şəhərli – ("Buratinonun macəraları" A. Tolstoy)
- Musa — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev)
- Altı nömrəli palata (film, 1994)
- Bala-başa bəla! (film, 1995)
- Ömürdən uzun gecə (film, 1996)
- Fatehlərin divanı
- Bir anın həqiqəti (film, 2003)
- Tilsim (film, 2005)
- İnterpapa (film, 2006)
- Kişiləri qoruyun (film, 2006)
- Yalan (film, 2005)
- Biz qayıdacağıq (film, 2007)
- Sovqat (film, 2009)
- Dolu (film, 2012)
- Sübhün səfiri (film, 2012)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Fədakar (film, 2015)
- Gizlənpaç (film, 2016)
- Nar bağı (film, 2017)