Altunsaç (roman)

Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn‎; azərb. Qızıl buynuzdan olan qız‎) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər.

Altunsaç
alm. Das Mädchen vom Goldenen Horn
Romanın 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Romanın 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Qurban Səid
Janr Roman
Orijinalın dili Almanca
Ölkələr Avstriya Avstriya
Orijinalın nəşr ili 1938
Tərcüməçi Çərkəz Qurbanlı
Nəşriyyat Bakı Kitab Klubu (2018)
Səhifə 272 (2018)
Tiraj 100
Əvvəlki Əli və Nino
ISBN 2009: ISBN 978-3-929345-43-8

Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.[1]

Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur.

Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub.[2]

Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib.[3]

  1. "Ağır xəstəliyə tutuldu, ölümlə təhdid olundu, həbsdə həyatını itirdi – Səfalət içində ölən məşhur yazıçımız". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  2. Elfriede, Bnin Ehrenfels von Bodmershof, Leo Noussimbaum: Das Mädchen vom Goldenen Horn. Zinnen-Verl., Wien [usw.] 1. Januar 1938 (worldcat.org [abgerufen am 30. April 2017])
  3. Bakı Kitab Klubu. "Altunsaç (roman)" (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]