Always (mahnı)

"Always" (Azərbaycanca: Həmişə) 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı və sözlərinin müəllifi tanınmış İranİsveç ifaçısı Arəşdir. Mahnıda solo tar partiyasını tanınmiş tarzən,əməkdar artist Sahib Paşazadə ifa edib.

"Always"
2009 Avroviziya Mahnı Müsabiqəsi mahnısı
Ölkə Azərbaycan
Müğənni(lər) Aysel & Arəş
Bəstəkar(lar) Arəş
Sözləri Arəş
Yarımfinal nəticəsi
Yarımfinal 2-ci yarımfinal
Çıxış sırası 12
Yeri 2-ci
Xalı 180
Final nəticəsi
Çıxış sırası 11
Yeri 3-cü
Xalı 207
Xronologiya
◄ Day After Day (2008)   
Drip Drop (2010) ►
Always

Seçim[redaktə | mənbəni redaktə et]

İngilis dilində yazılan "Always" fevralın 5-ində təklif olunmuş 30 mahnı arasında İctimai TV tərəfindən seçilmişdir.

Münasibətlər[redaktə | mənbəni redaktə et]

"Always" mahnısı və müğənnilərinə tənqidi fikirlər də mövcuddur.

Bəstəkar Eldar Mansurovun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir: "Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər" Onun fikrincə, "Always" mahnısında milli elementlər yoxdur.[1]

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadə mahnını kəskin tənqid edib: "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil etməsi üçün seçilən mahnı Avropa qəlibləri, standartları ilə yazılıb. Çox fantaziya işlətmədən bu, Avropada artıq dəfələrlə səslənən mahnıların bir ortalama nümunəsidir. “Eurovision” müsabiqəsində Azərbaycan daha qeyri-adi, milli koloriti, daha qabarıq, parlaq bir mahnı ilə təmsil oluna bilərdi”. [2]

Bəstəkar Gövhər Həsənzadənin isə əsas gileyi yerli potensialdan istifadə olunmamasındandır: "Azərbaycanda Avropa standartlarına uyğun məhsul hazırlanır. Ukraynadan, başqa ölkələrdən pulla muzdlu adamlar gətirmək lazım deyil. Mən keçən il bütün bu prosesdən keçmişəm. Niyə bu il Gövhər Həsənzadədən təcrübəsini bölüşməsini istəmədilər? Hanı ortaya qoyulan layihə? Azərbaycan xalqının keçən il 8 minlik salonda alqışladığı layihəyə bənzər layihə hanı? Hanı bu mahnının müzakirəsi? Keçən il mahnı, vokal, oranjeman, şeytan elementi – hamısı müzakirə olundu. Burda Azərbaycan təmsil olunur – azərbaycanlılar öz sözünü deməlidirlər"[1]

İctimai Televiziyanın (İTV) İctimaiyyətlə əlaqələndiricisi Leyla Quliyeva deyir ki, mahnı çox yaxşı qarşılanıb: "Bizim mahnı bu ilin hiti də ola bilər. Çox şən və dinamik kompozisiya alınıb."[3]

Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Hadisə də bu mahnını bəyəndiyini bildirib:"«Ayselin çıxışını izləmişəm. Onun çox bacarıqlı olduğunu düşünürəm. «Həmişə» («Always») mahnısını da çox bəyəndim, dinamik və gözəl mahnıdır. Onlara uğurlar diləyirəm."[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-24.
  2. http://az.apa.az/news.php?id=149571[ölü keçid]
  3. "Leyla Əliyeva: «Mahnımız bu ilin hiti ola bilər»" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azadliqradiosu.az tarixi:2009.03.09
  4. Hadisə bizdən dəstək istədi Eylen.biz tarixi:2009.04.18

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Əvvəlki:
Day After Day
Azərbaycanın Avroviziya mahnısı
2009
Sonrakı:
Drip Drop