Amaracus majorana

Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü.

Mərzə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir. Mərzə həm də yaxşı balverən bitkidir.

Yay aylarında mərzənin təzə göyü (göyərtisi) müxtəlif yeməklərdə, şorbalarda, salatlarda ət yeməklərində istifadə edilir. Mərzə bütün yeməklərə xüsusi cazibə və orijinal dad verir. Göy soğan, mərzə, şüyüdəvəlikdən, çox vitaminli salat alınır və orqanizmdə yaxşı mənimsənilir. Mərzənin bütün yerüstü hissəsi efir yağları ilə zəngin olduğundan tibbin müxtəlif sahələrində, birinci növbədə isə aromaterapiyada istifadə edilir. Mərzinin efir yağı sarımtıl rəngli, şirintəhər dadlı, büzüşdürücü ətirli mayedir. Onun iyi optimizmin və öz gücünə inamın simvolu hesab edilir. Əgər otaq mütəmadi olaraq mərzə ətri ilə havalandırılsa, əla effekt alınır və əsəb sisteminə xeyir edir. Aqressiya azalır, əsəblər sakitləşir əhvali-ruhiyyə yaxşılaşır, gümrahlıq və nəfəsalma yüksəlir. Daha yaxşı effekt almaq üçün yaxşı olar ki, ətirli çıraqlar (aromaçıraqlar) istifa də olunsun.

Mərzədən alınmış efir massaj vaxtı və ya müalicə kimi də istifadə etmək olar. Məsələn, onu ostraxandroz, gərilmə və ayaqlardakı ağırlaşmaları aradan qaldırmaq üçün tətbiq etmək olar. Bundan başqa o, ev şəraitində kosmetologiya üçün də yararlıdır. Bu efir yağları ilə ziyilləri, keratozları və qabarları aradan qaldırmaq olar. Bu yağdan 3-4 damcı hər hansı bir bitki yağına əlavə etmək və müntəzəm olaraq problemli yerə sürtmək kifayətdir.Mərzədən alınmış efir yağlarını saça, üzə və bədənə qulluq vasitələrinə də əlavə etmək olar. Mərzə yağı əl və ayağa sürtüldükdə də yaxşı təsir edir. Onun müvafiq kremlərə və gellərə əlavə edilməsi əl və ayaq dərisini yumşaq, elastik və gözəl edir. Göründüyü kimi mərzənin təsir dairəsi olduqca genişdir. Özünün pozitiv (müsbət) təsirlərinə görə mərzə başqa xeyirli bitkiləri bir neçə dəfə ötüb keçir.

Bağ mərzəsi (Majorana hortensis Moench) 4 mərzə növündən biri olub, çox qədim zamanlardan Misirdə, Elladada (Yunanıstan) və Romada mədəni şəkildə məlum idi. Burada o ədviyyə, dərman və dekorativ bitki kimi qiymətləndirilirdi. Mərzə cinsinin latın adı tərcümədə daimi, unudulmaz, əbədi, uzunömürlü mənasını verir. Bu ad ona çiçəyinin güclü və davamlı ətirli iyinə görə veril mişdir. Aralıq dənizi ölkələrində mərzə qədim zamanlardan bağça-bağlarda becərilmişdir. Bağ mərzəsi adı da buradan götürülmüşdür. Hal-hazırda Avropa, AsiyaAmerika qitələrində geniş becərilir. Bağ mərzəsi Rusiyanın Avropa hissəsində birillik bitki kimi, Orta Asiyada isə çoxillik bitki kimi becərilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Amaracus majorana (L.) Schinz & Thell.
  • Majorana hortensis Moench
  • Majorana majorana (L.) H.Karst.
  • Majorana vulgaris Gray
  • Origanum odorum Salisb.
  • Thymus majorana (L.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Majorana cretica var. hortorum Alef.
  • Majorana dubia (Boiss.) Briq.
  • Majorana fragrans Raf.
  • Majorana mexicana M.Martens & Galeotti
  • Majorana ovalifolia Stokes
  • Majorana ovatifolia Stokes
  • Majorana suffruticosa Raf.
  • Majorana tenuifolia Raf.
  • Majorana tenuifolia Gray
  • Majorana uncinata Stokes
  • Origanum confertum Pi.Savi
  • Origanum dubium Boiss.
  • Origanum majorana var. majoranoides (Willd.) Nyman
  • Origanum majorana var. tenuifolium Weston
  • Origanum majoranoides Willd.
  • Origanum salvifolium Roth
  • Origanum syriacum subsp. dubium (Boiss.) Holmboe
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 590.