ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (İngiliscə: United States Immigration and Customs Enforcement, Qısaca ICE) — ABŞ Daxili Təhlükəsizlik Departamentinin tabeliyində fəaliyyət göstərən federal hüquq-mühafizə orqanıdır. Ölkənin sərhəd, iqtisadiyyat, nəqliyyat və infrastruktur təhlükəsizliyini təmin etmək məqsədilə təhdidlərin müəyyən edilməsi, təhqiqatı və mümkün təhlükəsizliyə ola biləcək təhdidlərin aradan qaldırılmasına cavabdehdir.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 1 mart 2003 |
Ştat sayı |
|
Baş qərargah | |
Rəsmi saytı | ice.gov |
Vikianbarda əlaqəli mediafayllar |
Agentliyin iki əsas bölməsi mövcuddur: Daxili Təhlükəsizlik Təhqiqatları (Homeland Security Investigations (HSI)) və Mühafizə və Daşıma Əməliyyatları (Enforcement and Removal Operations (ERO)).
Baş ofisi Vaşinqton şəhərində yerləşir.
ICE, Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən, senatın məsləhəti və razılığı ilə təyin edilən müdir tərəfindən idarə olunur. Birbaşa Daxili Təhlükəsizlik Katibinə hesabat verir.[1][2]ICE, ABŞ-də FTB-dən sonra ədliyyə təhqiqatları həyata keçirən ən böyük ikinci təşkilatdır.[3]