Amerikan depozitar qəbzi

Amerikan Depozitar Qəbzi (American Depositary Receipt) - Xarici şirkətlərin səhmləri üzrə mülkiyyət hüququnu təsbit edən sərbəst dövriyyəli maliyyə aləti. Bu qəbzlər vasitəsilə ABŞ investorları xarici əməliyyatlar aparmadan xarici şirkətlərin səhmlərini (xarici qiymətli kağızlar portfelinin bir hissəsini) ala bilirlər ki, bu da həm şirkət, həm də investorlar üçün inzibati və ticarət xərclərini azaltmağa imkan verir. Bu qəbzlərin nominalı və onlar üzrə dividentlər ABŞ dollarında ifadə olunur. Amerikan Depozitar Qəbzlər amerikan depozitar bankları və investisiya bankları tərəfindən buraxılır. İlk Amerikan Depozitar Qəbzi 1927-ci ildə JPMorgan tərəfindən Selfridges&Co ingilis şirkəti üçün buraxılmışdır.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.21