Depozitar bank və ya kastodial bank (ing. custodian bank ) — müştərilərin qiymətli kağızlarının və digər maliyyə aktivlərinin saxlanmasını və idarə edilməsini həyata keçirən bank. Belə tip bank klirinq , valyuta əməliyyatları , qiymətli kağızlarla əməliyyat və s. operasiyalar həyata keçirir.
Kastodian aşağıdakı vəzifələri həyata keçirir:
kasdodial xidmətə verilmiş maliyyə vəsaitləri üzrə hesab açır
xidmətə verilmiş maliyyə vəsaitləri üzrə uçot aparır
nominal dəyər həyata keçirir
əqd üzrə ödəmə agenti vəzifəsini həyata keçirir
müştərinin əməliyyatları üzrə hüququnu təsdiq edir
kastodial xidmətə verilmiş maliyyə imkanları üzrə gəlirlərin hesabını aparır və müştərilərin hesabına keçirir
emitentin tapşırığı üzrə müştəriyə lazımi məlumatları çatdırır
kastodil xidmət üzrə müştəriyə müqavilə üzrə digər xidmətlər göstərir
hüquqi və maliyyə sənədlərinin saxlanmasını həyata keçirir
kastodial xidmətə görə müqavilə şərtlərini yerinə yetirmək
depozitə verilmiş maliyyə resurslarının saxlanma və uçotunu şəffaf aparmaq
qanuna uyğun olaraq müştərinin hesablarının aparılması texnologiyasına əməl etmək
müştərinin tələbinə uyğun olaraq müştəriyə hesablarınının hesabatını vermək
qanunla məxfi sayılan məlumatların qorunmasını təmin etmək
Wolfgang Gerke: Börsenlexikon. Gabler, 1. Auflage 2002. ISBN 3-409-14603-2
Hans E. Büschgen: Das kleine Bank-Lexikon. Verlag Wirtschaft und Finanzen im Schäffer-Pöschel-Verlag, 3. Auflage 2006. ISBN 3-87881-180-2