Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 21 gün əvvəl Patriot Kor (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Amil Həsənoğlu (24 aprel 1986, Azərbaycan) — Azərbaycanlı müğənni. Aşıq Rza Qobustanlı adına Mədəniyyət Mərkəzinin direktoru.[1]
Amil Həsənoğlu | |
---|---|
Amil Həsən oğlu Məmmədov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Janrlar | Klassik, estrada |
Səs tembri | Tenor |
Təhsili | Bakı Musiqi Akademiyası |
Amil Məmmədov 24 aprel 1986-cı ildə Bakıda anadan olub. Bakı şəhəri Suraxanı rayonu 282 saylı orta məktəbdə təhsil alıb. 10 yaşı olarkən musiqiyə olan həvəsi, valideynlərinin diqqətini çəkib. Çox keçmədən, atası onu yaxın dostu Qorxmaz Əlili ilə görüşdürüb və Qorxmaz Əlili onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktorunun yanına aparıb və direktor Nigar xanım onu öz sinfinə daxil edib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta ixtisas təhsili alıb. 1997-ci il Bakıda keçirilən "Dan ulduzu" mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi olub. 1998-ci ildə Albaniyada keçirilən beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi və "Büllur qönçə" mükafatının sahibi olub. Həmin il Heydər Əliyevin London səfəri zamanı, Azərbaycan incəsənət nümayəndələri ilə birlikdə konsert proqramında uğurlu çıxış edir və bundan sonra Heydər Əliyevin təsis etdiyi gənc istedadların "Qızıl kitabına" adı yazılıb və prezident təqaüdünə layiq görülüb.[2]
1999-cu ildə Qazaxıstanda keçirilən "Bostorğay" Beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi olub. Həmin il Ukraynanın Simferopol şəhərində keçirilən "Şəlalə" Beynəlxalq televiziya mahnı müsabiqəsində 1-ci yerin qalibi və "Qızıl mikrafon" mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanda keçirilən "Qızıl mikrafon" müsabiqəsində ilin "Gənc istedadı" nominasiyasının qalibi və "Qızıl mikrafon" mükafatının sahibi olub. Həmin il martın 23-də ilk solo xeyriyyə konserti ilə kimsəsiz və əlil uşaqlar üçün Şəhriyar adına mədəniyyət sarayında çıxış edib. 2002-ci ildə "Taleyimin şəhəri" adlı ikinci albomu işıq üzü görüb.
2004-cü ildə Moskvada Lukoyl şirkətinin keçirdiyi musiqi müsabiqəsində "Qızıl Səs" diplomuna layiq görülüb. Həmin il Azərbaycan Respublikasın Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayevin adından Fəxri Fərmanla təltif edilib.
2005-ci ildə "Sülh Mədəniyyəti Naminə Gənclər" İctimai Birliyinin fəxri üzvü seçilib. Həmin il iyunun 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə müvəffəqiyyətli çıxışı ilə yadda qalıb.
2006-cı ildə gənclər təşkilatlarının inkişafı yolunda göstərdiyi xidmətlərinə görə Fəxri Diplomla təltif edilib. Moskvada "Lukoyl" şirkətinin keçirdiyi musiqi müsabiqəsində "Qrand – pri" və "Billur mikrafon" mükafatının sahibi olub.
2007-ci ildə "Sülh Mədəniyyəti Naminə Gənclər" İctimai Birliyinin İdarə Heyətinin üzvü seçilib. Həmin il "Bizim Gənclik" İctimai birliyi və Bakı Musiqi Akadeyasının Tələbə-Gənclər təşkilatının birgə təşkil etdiyi "Gələcək Gənclərindir" adlı tədbirdə verdiyi dəstəyə görə Diplomla təltif olunub.
Bunlardan əlavə bir çox yerli və xarici qəzet və jurnallarda haqqımda məqalələr yazılmış və bir çox dövlət konsetlərində və xeyriyyə tədbirlərində təmənnasız iştirak etməsi.