Amo Sagiyan (erm. Համո Սահյան, əsl adı Amayak Saakoviç Qriqoryan; 14 aprel 1914[1], Lor, Zəngəzur qəzası[1] – 17 iyul 1993[2], İrəvan[3]) — sovet və erməni şairi.[4][5]
Amo Sagiyan | |
---|---|
Doğum adı | Հմայակ Սահակի Գրիգորյան[1] |
Doğum tarixi | 14 aprel 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1993[2] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
14 aprel 1914-cü ildə Rusiya imperiyasının Lor kəndində kəndli ailəsində anadan olmuşdur.
Vətənində ibtidai təhsili aldıqdan sonra orta təhsilini Bakıda aldı, Böyük Vətən Müharibəsindən əvvəl isə Bakı Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) linqvistika şöbəsini bitirdi. 1939-1941-ci illərdə Bakıda "Sovet yazıçısı" jurnalında ədəbiyyatçı kimi çalışmışdır. Müharibə iştirakçısı olan Amo Sagiyan Xəzər flotiliyasında xidmət etmişdir.
Müharibədən sonra erməni yazıçısı Stefan Zoryanın dəvəti ilə İrəvana gəldi və bir müddət onun evində yaşadı. Ömrünün sonuna qədər İrəvanda yaşayıb işlədi. 1946-cı ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu.
17 iyul 1993-cü ildə İrəvanda vəfat etdi. Komitas panteonunda dəfn olundu.
Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı və Şərəf nişanı ilə təltif edilmişdir. "Sesam, açıl" (erm. Սեզամ, բացվիր) şeirlər toplusuna görə 1975-ci ildə Ermənistan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Amo Sagiyanın əsərləri 1930-cu illərdə çap edilməyə başlandı. 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi.
"Vorotan sahilində" adlı ilk şeir toplusu 1946-cı ildə nəşr edilmişdir. Sonra "Yüksəkliklərdə" (1955), "Yaşıl qovaq" (1959), "Mahnılarda Ermənistan" (1962), "Qürubdan əvvəl" (1963), "Qayaların mahnısı" (1968), "İllərim" ( 1970), "Çağır, durna!" (1973) və s.