Ampeloterapiya

Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.[1][2]

Ampeloterapiya

Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.[3]

Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniyaxroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.[4]

  1. Sousa, Eldina Castro; və b. "Chemical composition and bioactive compounds of grape pomace (Vitis vinifera L.), Benitaka variety, grown in the semiarid region of Northeast Brazil". Food, Science and Technology. 34 (1). 2014: 135–42.
  2. "Grapes". American Cancer Society. 9 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2014.
  3. Champeau, Rachel. "Antioxidant found in grapes uncorks new targets for acne treatment". UCLA Newsroom. 24 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2014.
  4. "Grape Diet". 22 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2014.