Amundsen

Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı.

Rual Amundsen
Rual Engelbreqt Qravninq Amundsen
Doğum tarixi
Doğum yeri Fredrikstad, Norveç
Yoxa çıxıb
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Artika
Vəfat səbəbi Təyyarə qəzası
Dəfn yeri
Vətəndaşlığı Norveç Norveç
Atası Yens Amundsen
Milliyyəti norveçli
Fəaliyyəti Səyyah
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı.

Rual Amundsen (1875)

Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.[3]

Mühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın.

Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi "Yoa" az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı.

1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.

12 may 1926-cı ildə "Norveç" dirijablında ilk dəfə Şimal qütbü üzərindən uçaraq Arktikanın hava yollarını tədqiq etdi.

18 iyun 1928-ci ildə Rual Amundsen, italyan səyyahı Umberto Nobileni xilas etmək üçün təşkil edilmiş xilasetmə əməliyyatı üçün təyyarə ilə Arktikaya yollanır. 23 may 1928-ci ildə Nobile "İtaliya" dirijablı ilə Şpitsbergen adasından yola çıxaraq Şimal qütbünə çatsa da, qayıdış yolunda ağır hava şəraiti səbəbindən güclü buzlanmaya məruz qalan dirijabl aşağı enərək buzun üzərinə düşmüşdü.[4][5] Ekspedisiyanın köməyinə Sovet buzqıran gəmisi "Krasin", İsveç, İtaliyaNorveç təyyarələri göndərilmişdi.

Amundsendən başqa daha 5 nəfəri daşıyan "Latham 47" hidroplanı pis hava şəraitində Barens dənizi üzərində qəzaya uğrayır. Çoxsaylı axtarışlara baxmayaraq təyyarənin düşdüyü yeri müəyyənləşdirmək mümkün olmamışdır. Bu hadisədən 5 gün sonra Umberto Nobile xilas edilir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. https://snl.no/Roald_Amundsen.
  3. Amundsen, Roald. My Life as an Explorer. Garden City, NY: Doubleday, Page & company. 1927.
  4. Tierney, John. "Who Was First at the North Pole?". The New York Times. 7 September 2009. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2019.
  5. Holland, Eva. "Flying to the North Pole in an Airship Was Easy. Returning Wouldn't Be So Easy". Smithsonian Institution. 18 August 2017. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]