Amvon (yun. ἄμβων; q.slav. amvón) — xristian kilsəsində Bibliya mətnləri, moizələr və litaniyaların oxunduğu yer. Şərqi ortodoks xristianlıq, Antixalkidon kilsələrində, Şərqi Katolik Kilsələrində işlənir.
Tədqiqatçıların əksəriyyəti hesab edir ki, "amvon" sözü yunan dilindəki "anabayno" – "yuxarı çıxmaq" felindən törəmiş bir isimdir. İstənilən təfsirdə bu söz yüksəkliklə əlaqələndirilirdi.[1]
Erkən xristian və Bizans kilsələrində amvon xorun hər iki tərəfində və ya mərkəzi günbəzin altında yerləşdirilən kafedra idi. Amvona qalxan bir-iki pilləkən olurdu. Rus kilsəsində bu, kral qapılarının qarşısında yerləşən soleyanın yarımdairəvi hissəsidir. Amvon İsanın məzarının girişini bağlayan daşı simvolizə edirdi.[1]