Ançar (Antiaris) – tut fəsiləsindən bitki cinsi. Birevli ağac və ya kollardır. Asiyanın, Afrikanın tropik qurşaqlarında və Madaqaskar adasnda 5–6 növü məlumdur. Ən çox yayılan zəhərli ançar (A.toxicaria) növü – həmişəyaşıl ağac olub (hünd. 40 m-ədək), çətiri kiçik və dəyirmidir; yarpaqları yumurtavarı-uzunsovdur. Afrikadan Cənubi Çinədək və Fici adalarında yayılmışdır. Tərkibində zəhərli süd şirəsi vardır. Aborigenlər ondan ox ucluqlarına sürtmək üçün istifadə edirdilər. Uzun müddət ançar həddən artıq zəhərli bitki hesab edilirdi. Tədqiqatlar onun qeyri-adi zəhərliliyə malik olmasının şişirdildiyini göstərmişdir.[1]
Ançar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|