Madaqaskar adası

Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsimnə görə dördüncü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587 040 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir. Adanın ən hündür nöqtəsi sönmüş Marumukutru vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana silsiləsində yerləşir. Adanın şimalındadır. Ancafi platosu isə adanın mərkəzi hissəsini əıhatə edir. Ada şərqə doğru alçalır. Burada olan 5 zirvənin hündürlüyü 2600 keçir. Ada ərazisində dəmir, mis, qızıl kimi zəngin sərvətlər vardır. Düzənlikləri bataqlıqlaşmışdır. Afrikadan bir qədər aralıda yerləşməsinə baxmayaraq zəngin bitki və heyvanlar aləminə sahibdir. Dünya canlılar aləəminin 5 % adada görmək olar. Bu canlılar aləminin 80 % endemikdir. Bunlar arasında ən tanınmışları lemurlardır. Zəngin endemik növ çeşidliyinə görə Madaqaskarı kiçik materik adlandırırlar. Şimal nöqtəsi — De Ambre burnu (11 °C. e və 49° ş. u), cənub nöqtəsi — Vohimena burnu (35 °C. e və 45° ş. u), qərb nöqtəsi — Mannonka burnu (22 °C. e və 43° ş. u) və şərq nöqtəsi — İst burnu (15 °C. e və 50° ş. u).

Madaqaskar adası
malaq. Madagasikara
Ümumi məlumatlar
Sahəsi 587041 km²
Hündür nöqtəsi 2961 m
Əhalisi 20.042.552 nəfər (2008-ci il)
Yerləşməsi
19°20′ c. e. 47°04′ ş. u.
Ölkə  Madaqaskar
Akvatoriya
Madaqaskar adası xəritədə
Madaqaskar adası
Madaqaskar adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar