An-2 təyyarəsinin vurulması (1991)

An-2 təyyarəsinin vurulması1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi.

An-2 təyyarəsinin vurulması
Ümumi məlumatlar
Tarix
Yer Xocalı rayonu
Sərnişin sayı 6
Komanda 1
Yaralı sayı 0
Ölü sayı 7
Təyyarə
Təyyarə modeli An-2
Qalxma yeri Yevlax, Azərbaycan
İstiqamət XocalıYevlax

29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur.

Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.[1]

Həlak olanların siyahısı

[redaktə | mənbəni redaktə et]
"An-2"-nin komandiri Əsədov Əsəd Soltan oğlu
  1. Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
  2. Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
  3. Əhmədağa Baxşıyev — rabitə xidməti üzrə mühəndis
  4. Yunis Misirov — işıq sistemləri üzrə mühəndis
  5. Hamlet Rəcəbov — Xocalı aeroportunun komendantı
  6. Ceyhun — daşınma xidmətinin əməkdaşı
  7. Sadıqov Azad Əli oğlu — hava hərəkətinin idarəedilməsi üzrə dispetçer
  1. Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993.
  2. "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr.
  3. Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.