An Do Hyeon

An Do Hyeon (15 dekabr 1961, Yeçxon[d], Könsan-Pukto[d][1]) — cənubi Koreyalı şair və universitet professorudur.

An Do Hyeon
kor. 안도현
Doğum tarixi 15 dekabr 1961(1961-12-15) (63 yaş)
Doğum yeri
Fəaliyyəti şair, yazıçı, nasir

An Do Hyeon 1961-ci ildə Yeçion, şimali Gyeonsan əyalətində anadan olmuşdur. Məktəbdə oxuyan zamanlar "Taedonggi Ədəbiyyat Cəmiyyəti"adlı kreativ yazıçılar klubuna daxil olmuşdur və orada Hong Sang-vu, Seo Cang-yun, Park Deok-gyu, Kvon Tae-hyeon, Ha Eung-baek, və Li Jeng-ha kimi yazıçılr ilə tanış olmuşdur. Fərqli ölkə daxili yazıçılıq müsabiqələrindən və kreativ yazıçılıq yarışlarından, içində "Hakvon Ədəbiyyat Mükafatı" daxil olmaqla, bir sıra mükafatlar qazanmışdır. 1980-ci ildə Vonkvang Universitetinə Koreya ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla birlikdə o, yazıçılar Park Gi-yonq, Park Sanq-bonq və Canq Çunq-il ilə birlikdə Daequda nəşr olunan ədəbi ünsiyyət jurnalı Guksi-nin üzvü kimi fəal idi. O, ədəbi karyerasına 1981-ci ildə "Nakdong River" (낙동강) şeirinin "Daegu Maeil Shinmunun Yeni YazıçılarMüsabiqəsini" yarışının qalibi olaraq və "Jeon Bong-jun Seula Gedir" (서울로 가는 전봉준) əsərinin 1984-cü ildə Dong-A Ilbo-nun Yeni Yazıçı Müsabiqəsini qazanaraq yoluna başladı.

O, təhsil sahəsində karyerasına 1985-ci ilin fevralında İri Orta Məktəbində Koreya dili müəllimi kimi başlamışdı, lakin 1989-cu ilin avqustunda Koreya Müəllimlər və Təhsil İşçiləri Həmkarlar İttifaqına (KTU) qoşulduğu üçün İri Orta Məktəbindəki vəzifəsindən azad edilmişdir. Daha sonra, 1994-cü ilin fevral ayına qədər o, KTU-nun İri İksan filialında işləmişdi və Kim Jinkyung, Do Jong-hvan, Bae Çang-hvan, Co Cae-do, Ceong Yeong-sang, Co Seong-sun və Co Hyeon-seol ilə birlikdə "Təhsil Yaradıcı Yazılar Cəmiyyəti"nin üzvü kimi fəaliyyət göstərmişdilər. 1994-cü ilin mart ayında o, şimali Ceolla əyalətinin Cangsu əyalətindəki Sanseo Liseyinə transfer olundu, lakin 1997-ci ilin fevralında müəllimlikdən istefa verərək və yazıçılığa başladı. Daha sonra Dankook Universitetinin Lisansüstü Məktəbində kreativ yazı üzrə magistr və doktorluq dərəcəsi almışdır. O, hazırda Vusuk Universitetində yaradıcı yazı professoru olaraq fəaliyyət göstərir.

An Do Hyeon poeziyası ənənəvi lirik şeirdən ilham alır. Şəxsi təcrübələrini poeziyasının əsası kimi götürməsinə baxmayaraq, millətin və cəmiyyətin reallığını şəxsi müstəvidən də incə həssaslıqla təsvir edən şair kimi görünür. Müxtəlif şeir topluları da nəşr olunmuşdur. Həyatı və tarixi gəncliyin məsumluğu prizmasından lirik şəkildə təsvir edən "Con Bonq Cun Seula gedir" (1985); Yalnızlığa və ətrafdakı həyatın reallığına introspeksiyanı ehtiva edən "Modakbul" (Tonqal) (1989); "Qıriın You" (Darıxan Tülkü) (1997), zaman və daxili münaqişə ilə bağlı məsələlərdən bəhs edir; və "Badatga yuçequq" (Dəniz kənarındakı poçt şöbəsi) (1999), dəniz kənarındakı poçt şöbəsi və kənd bərbər dükanı kimi olduqca adi bir şeylə simpatik və romantik bir şəkildə məşğul olur. Onun həmçinin "Badatga yuçequq" (Dəniz kənarındakı poçt şöbəsi) (2003), "Noege qaryoqo qanqıl mandırotda" (Sənə getmək üçün çay etdim) (2004),"amuqotdo anin qose dehayo" (Bir şey haqqında) kitabları da nəşr olunub. Bədii ədəbiyyat üçün o, "Yüksəyə sıçramağa cəsarət edən qızılbalıq" (1996) kimi əsərlərin müəllifidir. Bu əsər qızılbalığın doğulduğu yerə qayıtmasını böyümə mübarizəsi və sevgisi üçün əziyyətindən bəhs edir.

Do Hyon aydın poetik təfəkkürə əsaslanaraq romantik duyğuları mükəmməl realizmlə ifadə etmiş şairdir. Onun poeziyası universal və asanlıqla oxuna bilən poetik dillə orijinallıq oyadan aydın lirizm nümayiş etdirməsi səbəbindən oxucuları tərəfindən daima yüksək qiymətləndirilib. Şair əsasən 90-cı illərin əvvəllərinə qədər yoxsulluq içində keçən həyatın kədərindən yazıb. 90-cı illərin sonlarından sonra o, reallığın birbaşa təsvirindən uzaqlaşaraq təbiəti və sadə həyatı araşdırmağa başladı. Onun son şeir kolleksiyaları göstərir ki, bu cür araşdırmalar ona bu cür "əlaqələr" üzərində poetik introspeksiyanı mümkün edən səviyyəyə çatmağa imkan verib.

  1. 1 2 Koreyaca Vikipediya (kor.). 2002.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]