Anar Bürcəliyev

Bürcəliyev Anar Məhəmməd oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023)

Anar Bürcəliyev
Anar Məhəmməd oğlu Bürcəliyev
Doğum tarixi (49 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Məhəmməd (d. 1996)
Cavidan (d. 2000)
Ərtoğrul (d. 18.01.2023-v. 15.06.2023)
Atası Məmməd Bürcəliyev
Anası Sədayə Mustafayeva
Milliyyəti azərbaycanlı
Təhsili
Mükafatları "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008

Həyatı[redaktə | mənbəni redaktə et]

Anar Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir.

Teatrşünas-tənqidçi Anar Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.

Həmçinin Anar Burcəliyev "Gəncənin yaradıcı və fəal qadınları" (Əsgəroğlu nəşriyyatı- 2001), İmran Axundovun "Adil Məlikov" (Bakı, ADPU — nun mətbəəsi −2018), "Fatma Muxtarova" (Bakı, ADPU — nun mətbəəsi −2019), Ruhulla Zahidovun "İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov" (İsrafil Məmmədovun 100 illiyinə həsr olunur. Gəncə, "STAR" çap evi — 2019),"Böyük Vətən müharibəsinin azərbaycanlı qəhrəmanları əsərlərdə və dövrü mətbuatda" (Gəncə, "STAR" çap evi — 2020), "Təhsildə məqsəd və vəzifələr" (Gəncə, "STAR" çap evi — 2020), Cahangir Ələkbərovun "Qara dəlik" (Gəncə, "STAR" çap evi - 2021) kitablarının redaktorudur.

Teatrşünas-tənqidçi Anar Burcəliyev şairə-dramaturq Fəridə Əlyarbəyli və şair-dramaturq Novruz Gəncəli yaradıcılıqlarının ilk tədqiqatçısı və onlar haqqında yazılan “Onun dünyası” — (Şairə-dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığı haqqında - Gəncə: "Aytac Nəşriyyat Poliqrofiya" MMC, 2019)  və “Xalq şairi olmayan xalqın şairi” – (şair, dramaturq Novruz Gəncəlinin həyat və yaradıcılığı haqqında - Gəncə: "STAR" Çap Evi, 2021)  ilk elmi monoqrafiyaların müəllifidir.

Anar Bürcəliyev "Xoşbəxt bürc altında" televiziya filminin ssenari müəllifidir. Televiziya filmi qocaman teatr və kino aktyoru, rejissor, respublikanın xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə aktyorun əziz xatirəsinə həsr olunub. Həmçinin "Xocalı-Unuda bilmədiklərimiz", "Gəncə Tibb Kolleci-80" sənədli televiziya filmlərinin ssenari müəllifidir.

1997-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı, 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin və 2023-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

1992-ci ildə A.Bürcəliyev "Olum ya Ölüm" və ya "Od gəlini" referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb.

2001-ci ildə A.Bürcəliyev "MUGAN-MEDİA" Beynəlxalq mükafatı laureatı adına layiq görülüb.

30 iyun 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti adından "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə təltif olunub.

26 dekabr 2020-ci il tarixində "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "İlhamlı Azərbaycan" döş nişanı və "Qarabağ-Azərbaycan" diplomu ilə təltif olunub.

2021-ci ilin yekunlarına və əldə olunan uğurlara görə 01 dekabr 2021-ci il tarixində "SİMURQ 2021" mükafatına layiq görülüb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Üç oğul övladı olaraq Məhəmməd - 1996, Cavidan - 2000, Ərtoğrul - (d.18.01.2023- v. 15.06.2023) və iki nəvəsi var.

Xalq artistləri Məmməd BürcəliyevSədayə Mustafayevanın oğludur.

44 günlük Vətən müharibəsinin Gəncə şəhərindən olan ilk Şəhid övladı olan İlqar Vüqar oğlu Bürcəliyevin əmisidir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Əsl el adamı" — (xalq artisti Məhəmməd Bürcəliyevin həyat və yaradıcılığı haqqında). Bakı: Günəş nəşriyyatı, 1998
  • "Səhnə həyat nurumdur" — (xalq artisti Sədayə Mustafayevanın həyat və yaradıcılığı haqqında). Gəncə: Əsgəroğlu nəşriyyatı, 2000
  • "Azərbaycan kinosunun tarixi və inkişafı" — (Ensklopedik məlumat kitabı. 2 fəsildə). Bakı: BSU nəşriyyatı, 2001
  • "Qoşa qanad" — (Respublikanın əməkdar incəsənət xadimi, rejissor Vaqif Şərifov və əməkdar artist Simuzər Namazovanın həyat və yaradıçılıqları haqqında). Bakı: Aspoliqraf nəşriyyatı, 2011
  • "Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim" — (Dövrü mətbuatda nəşr olunan məqalələr toplusu — 1989–2018-ci illər — I-cild ) Gəncə: Aytac Nəşriyyat Poliqrofiya MMC, 2019
  • "Onun dünyası" — (Şairə-dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığı haqqında) Gəncə: Aytac Nəşriyyat Poliqrofiya MMC, 2019
  • "Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim" — (Dövrü mətbuatda nəşr olunan məqalələr toplusu — 2019-cu il — II-cild ) Gəncə: "STAR" Çap Evi, 2020
  • "Xalq şairi olmayan xalqın şairi" – şair, dramaturq Novruz Gəncəlinin həyat və yaradıcılığı haqqında — Gəncə: "STAR" Çap Evi, 2021
  • "44 günlük Zəfər tarixinin Gəncə şəhidləri" - Bakı: "AzPrint" mətbəəsi, 2021
  • "Qalib əsgərin hekayəti" (Ruhulla Zahidovla birgə) - 44 günlük Vətən müharibəsinin Gəncə şəhərindən olan qazilərinin döyüş xatirələri - Gəncə: "STAR" Çap Evi, 2022.
  • "Qalib əsgərin hekayəti - Göygöl rayonu" (Ruhulla Zahidovla birgə) - 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə və həmçinin qazilərinin döyüş xatirələrinin toplumu - Gəncə: "STAR" Çap Evi, 2022.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Anar Bürcəliyev 1997-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1997-ci ildə Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər təşkilatının yaradılması, formalaşdırılmasında yaxından iştirak edərək, ən fəal üzvlərindən biri olmuş və ilk Gənclər Təşkilatının sədri olmuşdur.

Anar Burcəliyev Azərbaycan Gənclərinin 2 fevral 1996-cı ildə keçirilən I və 1999-cu ildə keçirilən II Formlarına Yeni Azərbaycan partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən nümayəndə seçilmişdir.

Həmçinin Anar Burcəliyev 9 fevral 2020-ci il tarixində kecirilən altıncı çağırış Milli Məclisə seçkilərdə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüşdür.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]