Anar Tağıyev

Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019).

Anar Tağıyev
bayraq
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
31 oktyabr 2019-cu ildən
ƏvvəlkiQoca Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1981(1981-03-25) (43 yaş)
Doğum yeri
Partiya
Təhsili

Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır.

2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini Teymur Tağıyevin qardaşı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.[1]

  1. "Arxivlənmiş surət". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.