Anatoli Timofeyeviç Avdiyevski (rus. Анато́лий Тимофе́евич Авдие́вский; 16 avqust 1933[1], Podlesnoye[d], Odessa vilayəti – 24 mart 2016, Kiyev) — SSRİ və Ukrayna xor dirijoru, bəstəkar və pedaqoqu. Ukrayna Qəhrəmanı (2003), SSRİ xalq artisti (1983), SSRİ Dövlət mükafatı laureatı (1978).
Anatoli Avdiyevski | |
---|---|
ukr. Анатолій Тимофійович Авдієвський | |
Doğum tarixi | 16 avqust 1933[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 mart 2016 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dirijor, bəstəkar, xormeyster[d], musiqi pedaqoqu, xormeyster |
Mükafatları |
|
veryovka.com/?colective_… | |
Vikianbarda əlaqəli mediafayllar |
Anatoli Timofeyeviç Avdiyevski 16 avqust 1933-cü ildə Fyedvar (indiki Ukraynanın Kirovoqrad vilayəti, Kropivnitski rayonu, Podlesnoye kəndi) kəndində anadan olmuşdur. 1953-cü ildə Odessa Musiqi Texnikumunun (indiki Konstantin Dankeviç adına Odessa İncəsənət və Mədəniyyət Məktəbi), 1958-ci ildə Antonin Nejdanova adına Odessa Konservatoriyasının (indiki Antonin Nejdanova adına Odessa Dövlət Musiqi Akademiyası) dirijor və xor şöbəsini bitirmiş, Dmitri Zaqretski və Konstantin Piqrov ilə oxumuşdur. 1951–1958-ci illərdə 58 saylı orta məktəbdə musiqi və xanəndəlik müəllimi, Odessada xor dərnəyinin rəhbəri olmuşdur. 1958–1963-cü illərdə Lenok Polesye Mahnı və Rəqs Ansamblının (Jitomir) yaradıcısı, bədii rəhbəri və baş dirijoru olmuşdur. Viktor Kosenko adına Jitomir Musiqi Kollecində xor dirijorluğundan dərs demişdir. 1963–1966-cı illərdə Çerkası xalq xorunun bədii rəhbəri və baş dirijoru olmuşdur. 1966-cı ildən Qriqori Veryovka adına Milli Əməkdar Akademik Ukrayna Xalq Xorunun bədii rəhbəri, baş dirijoru, baş direktoru.[2] O, xor kollektivi ilə SSRİ şəhərlərində və xaricdə (50-dən çox ölkədə) qastrol səfərində olmmuşdur. Ukraynanın Müğənni Sahələrinin, birləşmiş xorların baş dirijor-prodüseri. 1966-cı ildən Sov. İKP üzvüdür.
Anatoli Timofeyeviç Avdiyevski 24 mart 2016-cı ildə Kiyevdə vəfat etmişdir. O, Baykovo qəbiristanlığında dəfn edilmişdir.[3]