Anatoli Qenatulin (başq. Талха Йомабай улы Ғиниәтуллин 20 aprel 1925, Uraz – 7 noyabr 2019, Moskva) — Sovet və rus yazıçısı, nəsr ustası, Başqırdıstanın Xalq yazıçısı[1]. Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi. Milliyətcə başqırdır.
Anatoli Qenatulin | |
---|---|
Doğum tarixi | 20 aprel 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 2019 (94 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Başqırd Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katayskİ kantonu olan Urazovo kəndində (indiki Başqırdıstanın Uçalı rayonunda) anadan olub. Valideynlərini erkən itirmiş, yetim qalmışdır. Daşkənddəki Fabrik-Zavod şagirdlik məktəbində oxuyur. Yalnız 16 yaşından rus dilini öyrənməyə başlayır. 1943-cü ilə qədər Uralda frezer maşinisti işləyir. 1943-cü ildən cəbhədə çalışmışmağa başlayır.
Snayper məktəbində üç ay təlim keçir. Sonra Kareliya bərzəxi üzərində, Leninqrad yaxınlığında döyüşür. Müharibəni 1945-ci ildə Almaniyada qvardiya artilleriya diviziyası tərkibində başa vurur. 1-ci dərəcəli Böyük Vətən Müharibəsi, 3-cü dərəcəli Şöhrət və digər hərbi medallarla təltif edilmişdir. O, döyü bir neçə dəfə yaralanmışdır. Müharibədən sonra Anatoli Qenatulin bir çox peşə dəyişdirir. Ukraynada xidmət edir və tərxis olunduqdan sonra Krasnaya Polyana su elektrik stansiyasının tikintisində işləməyə başlayır. Qiyabi olaraq Ədəbiyyat İnstitutunu bitirir (1966). 1973-cü ildən Başqırdıstan Yazıçılar Birliyinin üzvüdür. Başqırd Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür (1990).
1955-ci ildən Moskvada, sonradan isə doğma Urazovo kəndində yaşamışdır.
50-ci illərin əvvəllərində Erix Mariya Remark, Lev Tolstoy və Anton Çexovun oxuması təəssüratı altında əzab, qəddarlıq və faciənin açıq görüntüsü səbəbindən nəşr olunmayan müharibə haqqında hekayələr yazmağa başlayır. İlk nəşri 1961-ci ildə Xalqların Dostluğu jurnalında işıq üzü görür. 1969-cu ildə ilk hekayələr toplusunu nəşr etdirir. Ancaq nəşrdən 15 il əvvəl (1982) yazılmış "Hücum" romanı, əhəmiyyətli bir hərbi yazıçı olaraq diqqəti cəlb edir."Həqiqətə və realizmə bağlılığı ilə, onun işi Vçislav Kondratyev və Konstantin Vorobyovun fəaliyyətinə bənzəyir.
2000-ci illərdə AnatoliGQenatulinin əsərləri başqırd dilinə fəal tərcümə olunurdu[2].
Anatoli Qenatulinin bir oğlu Alexandrın Maria və Tatyana adında övladları vardır. Hətta nəticəsi belə olmuşdur.
III dərəcəli Şöhrət ordeni
I dərəcəli Böyük Vətən müharibəsi ordeni (04.06.1985)
"Köniqsberqin alınmasına görə" medalı
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Oktyabr jurnalı mükafatı (1987)
"Xalqlar Dostluğu" jurnalı mükafatı (2000)
Sergey Aksakov adına Ümumrusiya mükafatı (2008)