Anatoli Borisoviç Solovyanenko(ukr. Анатолій Борисович Солов'яненко; 25 sentyabr 1932[1][2], Donetsk[1][2] – 29 iyul 1999[2]) və ya Anatoli Solovyanenko[3] — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı.[4]
Anatoli Borisoviç Solovyanenko | |
---|---|
ukr. Солов'яненко Анатолій Борисович | |
Ümumi məlumatlar | |
Doğum adı | Анатолій Борисович Солов'яненко |
Doğum tarixi | |
Doğum yeri | Donetsk, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Kozin, Ukrayna |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | SSRİ→ Ukrayna |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Janr | opera |
Səs tembri | Tenor |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş[5][6] və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş[7] və burada qrafika mühəndisli fakültəsində dərs demişdir.[8]
O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan[9] Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977-78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi.[6][10] "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır.
Solovyanenko 1999-cu il 29 iyul tarixində ürək tutma nəticəsində vəfat etdi.