Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır. Maydan iyuna dək qastrol səfərlərinə çıxır. Bundan başqa teatr iyul ayında adətiüzrə "Mərkəzi Parkda" pulsuz tamaşalarla çıxışlar edir. Teatrın orkestr və xoru daimi işçilər olsa da solistlər və drijorlar müəyyən tamaşalar ya mövsümi müqavilələr əsnasında dəvət olunurlar. Bütün operalar ənənəvi qaydada orijinal dildə ifa olunur.
Metropoliten-opera | |
---|---|
Metropolitan Opera House | |
Ümumi məlumatlar | |
Teatrın tipi | opera teatrı |
Əsası qoyulub | 1963-1966 |
Teatr binası | |
Tutumu | 3,800 |
Heyət | |
Direktor | Piter Gelb |
Baş dirijor | Ceyms Livayn |
Baş baletmeyster | Yozef Fritz |
Baş xormeyster | Donald Palumbo |
Yerləşməsi | |
40°46′22″ şm. e. 73°59′03″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | Manhetten |
Ünvan | 30 Linkoln Mərkəz PLaza, Nyu York |
|
|
metopera.org | |
Vikianbarda əlaqəli mediafayllar |
"Metropoliten opera haus kompani" 1880 cı ildə təsis edildikdən sonra memar Klivland Kadi operanın ilk binasının inşasına başlayır. Binanın yeri 39 və 40 cü küçələrinin arasında, Brodveydə müəyyən edilir. 22 oktyabr 1883 cü ildə Faust tamaşası ilə açılışı olur. 27 avqust 1892 ci ildə baş verən yanğın ona böyük ziyan vurur. Əsaslı təmirdən sonra 1966 cı ilədək fəaliyyət göstərir. 1967 ci ildə sökülür. Onu hələ 1966 cı ildə Linkoln mərkəzində inşa edilmış yeni opera binası əvəz etmiş olur. Yeni opera binası 16 sentyabr 1966 cı ildə qapılarını Samuel Barberin Antoniyo və Kleopatra operası ilə açmış olur.
XX əsrin əvvəli "Met" Vyana, La Skala teatrları kimi aparıcı səhnələrdən sayılmağa başlanır. Bu dövrdən başlayaraq burada bir çox: Qustav Maler, Feliks Mottl, Arturo Toskanini kimi dünya şöhrətli drijorlar, Lotta Leman, Nelli Melba, Lilian Nordika, Oliv Fremstad, Jak Urlus, Enriko Karuzo kimi dünya şöhrətli ifaçılar çıxışlar etmişlər. Qustav Maler Nyu Yorkda işini 1908-ci il, Yanvarın 1-də Metropolitan Operasında başlayaraq, hələ də qalmaqda olan Vagnerin Tristan və İsolda operasının ixtisar olunmuş versiyasına drijorluq etmişdir. 1908–09-cu illərdə Metropolitan rəhbərliyi Malerlə əməkdaşlıq üçün italyan drijoru Arturo Toskanini Nyu Yorka dəvət edir. Nyu Yorkdakı dövrünün erkən dönəmində Qustav Maler Nyu York Simfonk Orkestrnda üç konsertə rəhbərlik etmişdir. Ömrünün sonlarında Maler Nyu York Metropolitan Operası və Nyu York Filarmoniyasının qısa müddətlik direktoru olmuşdur. 1956 cı ildə Mariya Kallas ilk dəfə Met səhnəsində Norma operasında iştirak etmişdir. 1967 ci ilin mart ayında Marvina Devida Levi daha iki tenorla Plasido Dominqo (sentyabr 1968) və Luçano Pavorotti (noyabr 1968) ilə Met səhnəsini bölüşmüşdür.
1966 cı ildən "Metropoliten oper haus kompani" yeni binaya köçür. Metin tamaşaçı zalı 3900 yerlikdir. Əsas səhnədən əlavə bir neçə köməkçi səhnələrə malikdir. Ümumiyyətlə bina 195 otaq və dairələrə malikdir. Binanın vestibülü Mark Şaqalın monumental freskləri ilə bəzədilmişdir. Hər bir fekin ölçüsü 9,1 X 11 m-dir Bu freskalar sərgilənmə yerini dəyişməmək şərti ilə xüsusi şəxslərə satılmışdır. Beləki bu satış xalis nominal və şərti olduğu üçün maddi yardım kimi də qiymətləndirilir. Bir neçə 100 kq-lıq səhnəsinin pərdəsi üzəri ornamentlərlə pilək tikməli ipəkdən tikilmişdir. 2005 ci ildə köhnə yenisi ilə əvəz edilmişdir.