Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü.
Anbar gənələri | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Anbar gənələri |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir. Anbar gənələrinin bəzi növləri üçün nimfa mərhələsində qidalanmayan, xarici təsirlərə davamlı, xüsusi hipopusların olması səciyyəvidir. Hipopuslar anbar gənələrinin müxtəlif yerlərdə məskunlaşmasına və əlverişsiz şəraitə davam gətirməsinə xidmət edir. Anbar gənələri dəni, dən məhsullarını və yemi korlayır, pendirin, quru meyvələrin üstündə məskunlaşır, müxtəlif bitkilərinsoğanaqlarını zədələyir, şərabçılıq və şampinyon təsərrüfatlarına zərər verir; allergenlər mənbəyidir. Gənələrin qida ilə insan mədə-bağırsağına düşməsi kəskin bağırsaq pozulmaları ilə müşayiət oluna bilər.[1]