Mosfilm (rus. Мосфильм) — müasir videotexnoloji avadanlıqla təchiz edilmiş, kino istehsalının bütün mərhələlərinin həyata keçirilməsinə imkan verən Rusiya kino sənayesində ən böyük aparıcı müəssisə, Avropanın ən böyük kinostudiyalarından biri[1][2].
"Mosfilm" kinostudiyası | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | kinokonsern |
Sənaye | kinematoqrafiya |
Məhsulları |
kinofilm reklam videoklip teleserial |
Təsis tarixi | 30 yanvar 1924[1][2][3][4] |
Baş qərargahın yeri | Rusiya, Moskva, Mosfilmovskaya küçəsi ev 1. |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
mosfilm.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
"Mosfilm" dünyanın ən böyük kino şirkətlərindən biridir. 1923-cü ilin noyabrında Aleksandr Hanjonkov və İosif Yermoliyevin 2 milliləşdirilmiş kino fabrikinin bazasında yaradılmışdır.[1][2][3][4]. Əvvəlcə kinostudiya "Moskinokombinat" adlandırılmışdı. Hazırkı adını isə 1935-ci ildən etibarən daşıyır.
"Mosfilm" kinostudiyasının loqosu heykəltaraş Vera Muxinanın "Fəhlə və kolxozçu" əsəri idi. Bu loqo ilk dəfə olaraq rejissor Qriqori Aleksandrovun "Bahar" filmində ekranda görünmüşdü.
SSRİ zamanı "Mosfilm" kinostudiyasında 2500-dən artıq ekran əsəri çəkilmişdir. Onların bir neçəsi müxtəlif kinofestivallardan mükafatlarla qayıtmış və ya dünya kinosunun qızıl fonduna daxil edilmişdir.
Hazırda "Mosfilm" öz film istehsalını davam etdirir. Studiya ən müasir rəqəmsal avadanlıqla təmin edilmişdir. Bununla yanaşı studiyada dublyaj işləri də aparılır. Səsyazma studiyası 2006-cı ildə dünyada ilk dəfə olaraq, "Dolby Laboratories" şirkətindən Dolby Premier Studio keyfiyyət sertifikatı almışdır[8].