Angel Beats! seriyalarının siyahısı

Aniplex tərəfindən buraxılmış ilk DVD-nin üzlüyü. Personaj: Yuri.

Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!?, azərb. Mələk ritmləri!‎) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air""Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar.[1] Anime Seyci Kişinin rejissorluğu ilə P.A. WorksAniplex tərəfindən çəkilmişdir.[1][2][3] Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır.[1] Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur.[1] Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)?) adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılı etdiyi bu təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir. SSS-in yeganə düşməni isə fövqəltəbii güclərə malik, məktəb şurasının prezidenti Mələkdir.

Anime serialı Yaponiyada 3 apreldən 26 iyun 2010-cu ilə kimi CBC telekanalı vasitəsilə yayımlanmışdır.[4] Daha sonra isə BS11, MBS, RKB, TBS və TUT telekanallarında nümayiş etdirilmişdir.[4] Mart ayının əvvəllərində təşkil olunan xüsusi lotereyada qalib gələn şəxslər 22 mart 2010-cu ildə animenin birinci seriyasına daha tez baxa bilmişdilər.[5] 23 iyundan 22 dekabr 2010-cu ilə kimi məhdud və daimi nəşrlərlə 7 BD/DVD cildi buraxılmışdır.[6][7] BD/DVD cildlərinin birinci, dördüncü və altıncı məhdud nəşrlərinə Cun Maeda tərəfindən yazılmış və anime seyüları tərəfindən səsləndirilmiş 3 Drama CD daxil edilmişdir.[6][8][9][10] Yeddinci BD/DVD cildi isə OVA seriyası və əlavə epiloqla birlikdə buraxılmışdır.[11][12] 24 iyun 2015-ci ildə BD boks-seti buraxılmışdır və boks-setə ikinci OVA seriyası daxil edilmişdir.[13][14] Sentai Filmworks distribütor Section23 Films ilə animeni lisenziyalaşdırmış və BD/DVD şəklində 26 iyul 2011-ci ildə buraxmışdır.[7][15][16] Siren Visual animeni AvstraliyaYeni Zelandiya üçün lisenziyalaşdırmışdır.[17] Manga Entertainment isə animeni Böyük Britaniya üçün lisenziyalaşdırmış və BD/DVD şəklində 25 iyul 2012-ci ildə buraxmışdır.[18]

Anime serialı üçün iki parça mahnıdan istifadə olunmuşdur: bir açılış mahnısı və bir bağlanış mahnısı. Açılış mahnısı Lia tərəfindən ifa olunmuş "My Soul, Your Beats!" (azərb. "Mənim ruhum, sənin ritmlərin!"‎) mahnısıdır. Bu mahnının LiSA tərəfindən ifa olunmuş remiks versiyası serialın 4-cü seriyasında səsləndirilmişdir. Bağlanış mahnısı Aoy Tada tərəfindən ifa olunan "Brave Song" (azərb. "Cəsarət mahnısı"‎) mahnısıdır. Bundan əlavə anime serialı boyunca Girls Dead Monster qrupu tərəfindən ifa olunan bir neçə mahnı da səsləndirilmişdir: "Crow Song" (1-ci seriya), "Alchemy""My Song" (3-cü seriya), "Thousand Enemies" (5-ci seriya), "Shine Days" və "Ichiban no Takaramono" (一番の宝物, azərb. "Mənim ən dəyərli xəzinəm??) (10-cu seriya).

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Başlıq[19] Animasiya rejissorları Yayım tarixi
1 "Gediş"  Katsuzo Hirata3 aprel 2010[20]
Yuzuru Otonaşi axirət dünyasında oyanır və sağ ikən yaşadığı xatirələri xatırlamır. Dərhal məktəb şurasının prezidenti olan Mələyə snayper tuşlayan Yuri Nakamura ilə rastlaşır. Yuri ona SSS-ə qatılıb Mələyə qarşı döyüşməyə dəvət edir, amma Otonaşi bunun əvəzində Mələklə danışmağa gedir. Mələk ona bu dünyada hər kəsin öldüyünü deyir. Otonaşi sübut istəyir və Mələk onu öldürür. Növbəti gün də yüz dəfə öldürülür. Sonda əsas SSS üzvlərinin toplaşdığı SSS otağında oyanır. Otonaşi SSS-ə qatılır, Yuri ona axirət dünyası və Mələyə qarşı döyüşmə səbəbləri haqqında qısa məlumat verir. Həmin gecə NPC-lərdən (ing. "non-player character"; azərb. oynanıla bilməyən personaj‎) yemək biletlərini oğurlamaq üçün SSS Tornado əməliyyatını başladır. SSS ilə əməkdaşlıq edən Girls Dead Monster (GDM) musiqi qrupu məktəbin kafeteriyasında NPC-lərin diqqətini yayındırır, bu zaman bəzi SSS üzvləri Mələyə qarşı döyüşür. Əməliyyatdan sonra SSS kafeteriyaya çəkilir və oğurladıqları yemək biletlərini xərcləyirlər. Yemək yeyərkən Otonaşi bütün bu olanların məntiqli olub-olmadığını fikirləşir. 
2 "Gildiya"  Kosuke Kavazura10 aprel 2010[21]
SSS-in silah tədarükünün azaldığı məlum olur. Buna görə də Yuri 9 SSS üzvü ilə birlikdə silah əldə etmək üçün yerin altında yerləşən Gildiyaya enirlər. Gildiyaya gedən yolda bir çox bubi tələləri var və SSS öyrənir ki, tələlər yenidən aktivləşdirilib, çünki Mələk Gildiyaya yaxınlaşır. Qrup tələlərin arasından Gildiyaya çatmağa çalışır, amma sonda ancaq Yuri və Otonaşi sağ qalırlar. Qısa istirahət zamanı Yuri Otonaşiyə 3 bacı-qardaşının qətli ilə bağlı məlumat verir. Yurinin tanrıya qarşı döyüşməsinin də səbəbi budur: tanrının ona verdiyi bu qisməti bağışlamır. Gildiya üzvləri ilə görüşdükdən sonra Mələk Gildiyanın girişinə lap yaxınlaşır. Yuri Gildiyanı tərk etməyi əmr edir, Gildiya lideri Çaa isə Gildiyanı partlatmaq qərarına gəlir. Yuri və Otonaşi Gildiyaya partlayıcıları quraşdırmağa və köhnə yerə qayıtmağa vaxt qazandırmaq üçün Mələklə döyüşürlər. 
3 "Mənim mahnım"  Yuuko İvaoka, Toşihisa Kayya17 aprel 2010[22]
Masami İvasava "My Song" adlı yeni balladasını təqdim edir, amma Yuri bu mahnının SSS-in əməliyyatları üçün yararlı ola biləcəyindən əmin olmur. Yuri SSS-in yeni üzvünü təqdim edir: kompüter hakeri Takeyama. Tezliklə SSS yeni əməliyyat hazırlayır: Mələyin otağına soxulmalı və kompüterinin şifrəsini qırmalıdırlar. Əməliyyat zamanı Mələyin fikrini yayındırmaq üçün Girls Dead Monster məktəbdə konsert verməlidir. Yui ilə görüşdükdən sonra Otonaşi İvasava ilə bir az söhbət edir. İvasava ona tez-tez dava edən ailəsindən, musiqi karyerasına necə başladığından və ölüm səbəbindən danışır. Tezliklə konsert başlayır, Yurinin başlığı altında kiçik bir qrup Mələyin otağına soxulur. Bir neçə müəllim konsertə basqın edir, lakin İvasava balladasını ifa etməyə davam edir. Balladasını ifa etdikdən sonra İvasava axirət dünyasından yoxa çıxır. Əməliyyat zamanı SSS Mələyin güclərini hardan aldığını öyrənir: o, güclərini "Angel Player" adlı xüsusi proqramla yaradır. 
4 "Oyun günü"  Yuuci Miyaşita24 aprel 2010[23]
Yui İvasavanın yerini tutmaq üçün SSS-ə müraciət edir. Təqdimat zamanı Yui səhvən özünü öldürdükdən sonra Yuri son qərarı Girls Dead Monster qrupuna buraxır. Yuri SSS-ə komandalar təşkil edib növbəti beyzbol turnirində iştirak etməyi əmr edir. Hideki Hinata və Otonaşi komanda təşkil edirlər, lakin əsas SSS üzvlərini komandaya qata bilmirlər. Sonda komandaya Yuini, Şiinanı, Nodanı və 3 qız NPC-ni komandaya cəlb edirlər. Birinci raundda SSS komandaları NPC komandalarını məğlub edirlər, lakin tezliklə hər biri Mələk tərəfindən qurulmuş komandaya uduzmağa başlayır. Hidekinin komandası sonuncu qalan SSS komandası olur və Mələyin komandası ilə finalda oynamaq hüququ qazanır. Sonuncu atışda beyzbol topu düz Hidekinin üzərinə gəlir. Bu, ona real həyatda yaşadığı uğursuzluğu xatırladır və istəmədən topu tutmaq istəyir. Topu tutduğu anda arzusunu həyata keçirəcəyindən və yox olacağından Otonaşi onu dayandırmağa çalışır, lakin əvəzində Yui Hidekiyə cumur və topu tutmasının qarşısını alır. Nəticədə, Mələyin komandası qalib gəlir və Yuri əsəbləşir. 
5 "Sevimli ləzzət"  Heo Qi Don, Kosuke Kavazura, Kensuke Şu1 may 2010[24]
Yuri yeni SSS əməliyyatı başladır: imtahanlar zamanı təxribat törədib Mələyin qiymətlərini korlamalı və məktəbdəki nüfuzuna xələl gətirməlidirlər. Əməliyyat zamanı Otonaşi özünü Mələyə təqdim edir və onun əsl adının Kanade Taçibana olduğunu öyrənir. SSS üzvləri imtahanda müəllim və digər şagirdlərin fikrini yayındırmaq üçün min oyundan çıxırlar, bu, Takeyamaya Kanadenin cavab kağızlarını saxta olanları ilə dəyişməyə imkan verir. İmtahanların nəticəsi məlum olduqdan qısa müddət sonra Kanade məktəb şurası prezidentliyi vəzifəsini Ayato Naoya verməli olur. SSS Tornado əməliyyatına başlayır, bu zaman Mələk SSS-i təəccübləndirən hərəkət edir: əməliyyata qarışmır və özünə mapo dofu almaq üçün bilet alır. Əməliyyat zamanı Kanadenin biletini külək aparır və Otonaşinin qabağına düşür. Otonaşi onun sevdiyi yeməyi yeməyə qərar verir və ona qarşı simpatiya duyur. Həmin an Naoy bir neçə NPC ilə gəlir və SSS-i itaətsizliyinə görə cəzalandıracağını bildirir. 
6 "Ailə macərası"  Tadaşi Hiramatsu8 may 2010[25]
SSS üzvləri həbsdən azad edilirlər. Yuri Naoyu test etmək məqsədi ilə SSS üzvlərinə dərsdə özlərini daha qəribə aparmalarını əmr edir, lakin Naoy sayıqlığını qoruyur. Yuri Naoyun əslində NPC olmadığını, əslində insan olduğunu və bu dünyadan yox olmamaq üçün NPC-ləri döydüyünü aşkar edir. Otonaşi Kanadeni kafeteriyada birlikdə yemək yeməyə dəvət edir, lakin Naoy onları dərs zamanı yemək yediklərinə görə həbs edir. Kanade Otonaşiyə dostlaşdığı hər kəsin yoxa çıxdığını deyir. Yuri portativ radiostansiyanın köməyi ilə Otonaşiyə Naoy haqqında öyrəndiyi həqiqətləri çatdırır. Söhbət zamanı SSS üzvləri hipnoz qabiliyyəti sayəsində NPC-ləri qalxan kimi istifadə edən Naoya uduzur. Otonaşi Kanade ilə birlikdə həbsdən qaçıb Naoyu dayandırmağa gedirlər, amma SSS-in artıq məğlub olduğunu görürlər. Naoy Yurini hipnoz etməyə çalışır, lakin Otonaşi onu dayandırır. Naoy ölmüş qardaşının yerini tutduğu haqsız həyatını danışır və ağlamağa başlayır. Otonaşi onu qucaqlayır və qəbul edir. 
7 "Sağ"  Yuuko İvaoka, Takehiko Matsumoto15 may 2010[26]
Naoy SSS-ə qoşulur və Yuri ondan hipnoz qabiliyyətindən Otonaşinin keçmiş həyatı ilə bağlı xatirələrini geri qaytarmaq üçün istifadə etməsini istəyir. Otonaşi yavaş-yavaş xatırlamağa başlayır: Otonaşinin Hatsune adlı xəstə kiçik bacısı var imiş və həmişə xəstəxanaya onun ziyarətinə gəlirmiş. Hatsunenin ölümündən sonra Otonaşi həkim olmağa qərar veribmiş, lakin qatar qəzasında ölübmüş. Otonaşi bunları xatırladıqdan sonra bir az ağlayır və yeni motivasiya ilə SSS-in üzvü olmağa davam edir. Yetərsiz sayda olan yemək biletlərinə görə SSS nəhəng balıq bədheybətini — Çay bədheybətini tutmaq üçün çaya yollanır. Yolda Otonaşi Kanadeni dəvət edir və bədheybəti yaxalayan elə Kanade olur. Balıq həddən artıq böyük olduğundan SSS artıq qalmış payı NPC-lərə də paylamaq qərarına gəlir. NPC-lərə paylayarkən Kanade və Otonaşi həmişə SSS-lə birlikdə olacaqlarına söz verirlər. Lakin qəflətən Yuri yaralanmış halda qaça-qaça gəlir və naməlum bir Mələk ilə döyüşdüyünü deyir. Bu zaman parlaq qırmızı gözlərə malik ikinci Mələk peyda olur. 
8 "Qaranlıqdakı rəqqas"  Yuuci Miyaşita22 may 2010[27]
SSS aqresiv ikinci Mələyə qarşı müdafiə olunur və döyüş Kanadenin ikinci Mələyə zərbə endirməsi ilə başa çatır. Yuri Kanadenin "harmoniklər" adlı gücə malik olduğunu xatırlayır: bu güclə Kanade öz klonunu yarada bilir. Yuri SSS üzvlərinə yox olmamaq şərti ilə dərslərə qatılmağı əmr edir, özü isə Kanadenin kompüterinə soxularaq "Angel Player" proqramına "harmoniklər" bacarığını geriyə qaytaran bacarıqlar əlavə edir. Bu zaman orijinal Kanade oğurlanır və SSS onun tərk edilmiş Gildiyada olduğunu öyrənir. Yolda SSS üzvləri Gildiyanın tələləri əvəzinə dəfələrlə Mələyin klonları ilə rastlaşırlar və yenə sonda Yuri ilə Otonaşi qalır. Yuri sonuncu klonun işini görür, Otonaşi isə orijinal Kanadeyə "harmoniklər" bacarığından yenidən istifadə etməsini istəyir. Yeni klon Otonaşiyə bütün klonların Kanadeyə qayıtmasının riski haqqında məlumat verir. Yurinin əmici proqramı işə düşür və bütün klonlar orijinal Kanadenin içinə çəkilir. 
9 "Sənin xatirəndə"  Kanami Sekiquçi29 may 2010[28]
Kanadenin oyanmasını gözləyərkən Otonaşi yuxulayır və öldüyü yeraltı qatar qəzası haqqındakı detlları xatırlayır. Bir həftə tuneldə ilişən Otonaşi İqaraşi adlı adamın köməyi ilə qəzadan zərər görən insanları sağaldıb və onlara kömək edibmiş. Otonaşinin səyləri ilə bir çox insanlar sağ qalıbmış, lakin özü xilasetmə komandasının düz köməyə gəldi anda ölübmüş. Kanade oyananda Otonaşi həyatı və ölümü haqqında daha optimist olur. Otonaşi Kanadenin əsl məqsədinin axirət dünyasındakı insanlara arzularını həyata keçirmələrinə və buradan yox olmalarına kömək olduğunu öyrənir. Otonaşi Kanade ilə birlikdə bu məqsədi həyata keçirməyə və ona kömək etməyə qərar verir. Onlar axirət dünyasının əsl təbiətini başa düşürlər: keçmiş peşmançılıqları düzəltmək üçün şans. Tezliklə Kanade məktəb şurası prezidentliyi, Naoy isə vitse-prezidentliyi vəzifəsinə qayıdır. Qalan SSS üzvlərini isə Kanadenin hələ Mələk olduğunu düşünürlər. 
10 "Vidalaşma günləri"  Yuriko İşii, Kosuke Kavazura, Misaki Suzuki5 iyun 2010[29]
Otonaşi və Kanade əvvəlcə Yuini hədəf kimi seçirlər. Kiçik gitara oğurluğu planından sonra Otonaşi onun keçmiş həyatında iflic olduğunu və arzularının siyahısını öyrənir: alman suplesi hərəkətini ifa etmək, beş oyunçunu keçərək qol vurmaq və houm-ran etmək. Otonaşi ilk iki istəyinin yerinə yetirilməsində kömək edir. Yui bir neçə gün çalışsa da houm-ran edə bilmir, lakin çox əyləndiyini bildirir. İndi onun xüsusi arzusu var: evlənmək. Qəflətən Hinata onun iflic olmasına baxmayaraq onunla evlənəcəyini bildirir. Bir-biriləri yenidən görüşmək ehtimalının az olduğunu bildirərək Hinata xoşbəxt olacaqlarını deyir və Yuinin bütün arzularını həyata keçmiş olur. Yui yoxa çıxdıqdan sonra Hinata da Otonaşi ilə Kanadeyə kömək etməyə qərar verir. Bu zaman NodaOyama müəmmalı bədheybətin hücumuna məruz qalırlar. Yusa həmin bədheybəti "kölgə" adlandırır. 
11 "Dünyanı dəyişmək"  Heo Qi Don, Kosuke Kavazura, Qi Nam Kim12 iyun 2010[30]
Hinata və Naoy Otonaşinin əsas köməkçisi rolu üstündə mübahisə etdikləri zaman bir kölgə bədheybət Naoya hücum edir və Otonaşi ilə Hinata bədheybəti məhv edirlər. Yusa bu hadisəni Yuriyə bildirir. Yuri kölgə bədheybətlər haqqında məlumat əldə etmək üçün Kanadeni görüşə çağırır. Görüşə Otonaşi, Hinata və Naoy da qatılırlar. Görüş qısa çəkir: onlar kölgə bədheybətlərin Noda, TK və Şiinanı mühasirəyə aldığını görürlər. Onlar da döyüşə qatılırlar və döyüş zamanı Yuri kölgə bədheybətlərin NPC-lərdən yarandığını görür. Döyüşdən sonra Fucimaki Takamatsunun kölgə bədheybətlər tərəfindən yeyildiyini deyir, amma növbəti gün ruhsuz NPC-yə çevrilmiş halda sinifdə tapılır. Problemi həll etmək üçün Yuri böyük SSS qrupu yığır və Otonaşi hər kəsin bu dünyadan getməsi ideyasını bölüşür. Hinata və Naoy bu ideyaya dəstək verirlər. Yuri Kanadenin köməyini də alır və kölgə bədheybətlərin mənbəyini axtarmağa çıxır. Digər SSS üzvləri bu dünyadan yoxa çıxmaq qərarına gəlirlər. Yuri məktəbin bir çox kompüterlərinin oğurlandığını öyrənir və kompüter otağından Gildiyaya gedən gizli yol tapır. 
12 "Cənnətin qapısını döymək"  Katsuzo Hirata, Eyyo Kuraqava29 iyun 2010[31]
Səhər Kanade böyük bir kölgə bədheybət sürüsünə qarşı döyüşür. SSS üzvlərinin əksəriyyəti və Girls Dead Monster musiqi qrupunun üzvləri bu dünyanı tərk etməyə qərar verirlər və bu dünyada birlikdə keçirdikləri vaxtdan məmnun olduqlarını bildirirlər. SSS-in əsas üzvlərini get-gedə artmaqda olan kölgə bədheybətlərə qarşı döyüşməyə davam edirlər. Şiina Otonaşidən ayrılmasını istəyir, Naoy və Hinata onu izləyirlər. Adi məktəb həyatını xəyal edən Yuri az qalan NPC-yə çevrilir, lakin Otonaşi, Kanade, Hinata və Naoy onu xilas edirlər. Onlar daha çox kölgə bədheybətlə döyüşürlər. Yuri oğurlanmış kompüterlərin saxlanıldığı gizli otağa daxil olur və bütün kompüterlərin "Angel Player" proqramına qoşulu olduğunu görür. Yuri otaqda naməlum oğlanla rastlaşır və ona axirət dünyası haqqında suallar verir. Sonda Yuri oğlanın axirət dünyasının tanrısı olmaq təklifini rədd edir və bütün kompüterləri məhv edir. Daha sonra Yuri ölmüş bacı-qardaşlarını xəyal edir, Otonaşi və dostlarını onu lazaretə gətirib oyanmasını gözləyirlər. 
13 "Məzuniyyət"  Kosuke Kavazura, Yuuci Miyaşita, Misaki Suzuki26 iyun 2010[32]

Kölgə bədheybətlərin hücumundan 3 gün keçdikdən sonra bu dünyada ancaq Otonaşi, Yuri, Kanade, Hinata və Naoy qalırlar. Digərləri isə bu dünyanı tərk ediblər. Kanadenin ideyası ilə kiçik məzuniyyət tədbiri keçirirlər: himn oxuyurlar, diplom alırlar, nitq söyləyirlər. Tədbirin sonunda Naoy axirət dünyasını tərk edir; Yuri getməzdən əvvəl Kanade ilə sülh bağlayır; Hinatanın vidası qısa çəkir. Sonda ancaq Otonaşi və Kanade qalırlar. Otonaşi Kanadeyə bu dünyaya gələcək yeni insanlara kömək etmək məqsədilə bu dünyada qalmağı təklif edir. Otonaşi ona qarşı sevgisini də etiraf edir. Lakin Kanade onun ürəyinin ona transplantasiya edildiyini açıqlayır və ən böyük peşmançılığının ona təşəkkür edə bilməməsi olduğunu deyir. Kanade minnətdarlığını bildirdikdən sonra yoxa çıxır və Otonaşini ümidsiz göz yaşları içində qoyur. Ən sonda — epiloqda küçədə Kanadeni xatırladan bir qız İvasavanın "My Song" mahnısını vızıldayır və onun yanından keçən, Otonaşini xatırladan bir oğlan bu melodiyanı tanıyır. Qız hərəkət etməyə başlayanda oğlan ona toxunmaq üçün yanına qaçır. Səhnə oğlanın qıza toxunduğu an ağ fona bürünməsi ilə başa çatır.

Alternativ epiloqda Otonaşi axirət dünyasında qalır, yeni məktəb şurası prezidenti olur və yeni gələnlərə bu dünyadan yoxa çıxmağa kömək edir. 
OVA "Stairway to Heaven"  Kosuke Kavazura, Yuuci Miyaşita, Misaki Suzuki22 dekabr 2010[7][11]
Hadisələr 4-cü və 5-ci seriyaların arasında baş verir. Yuri Yüksək gərginlik sindromu əməliyyatını başladır və SSS üzvlərinə bütün gün hiperaktiv şəkildə əylənməsini əmr edir. Yuri ümid edir ki, Mələk onları düz tanrının yanına aparacaq, amma əməliyyatın uğursuzluğuna görə 1 həftəlik açlıq elan edir. Hər kəs saxta şəkildə özünü həvəsli və çoşqun göstərməyə məcbur olur. "Gərginlikmetr" hər fəaliyyətin həyəcan dərəcəsini ölçür. Yuri bütün əməliyyat boyunca müşahidələr aparır. Bu zaman Mələk yoxa çıxır və bir yerə doğru gedir. SSS onu izləyir və girdiyi yerin tanrının evi olduğunu güman edir. Lakin əvəzində sadəcə Mələyin qayğısına qaldığı adi bağ tapırlar. 
OVA "Hell's Kitchen"  Yuuci Miyaşita24 iyun 2015[14]
Hadisələr 2-ci və 3-cü seriyaların arasında Qızıl həftədə baş verir. Yuri SSS-i ölümcül piknikə aparır. SSS üzvləri müxtəlif tələlərdən və alətlərdən istifadə edərək bir-birilərini öldürməlidirlər. Vəziyyətdən istifadə etmək istəyən Girls Dead Monster üzvləri İrieSekine İvasavanı öldürmək və qrupun kontrolunu əldə etmək qərarına gəlirlər. Oğlanların çoxu müxtəlif tələlərə düşüb yarışdan çıxır, təkcə Otonaşi qalır. İrie və Sekine İvasavanı bir çox çuxurlara salmağa çalışırlar, amma İvasava hər birindən sağ çıxır və təmkinliyini qoruyur. Şiinanın köməyi ilə sonuncu silahlarını — ölümcül çiy qaraciyər qarışımını hazırlayırlar, amma qurban Hisako olur. Hisako hətta Mələyin belə dayandıra bilmədiyi qana susamış bədheybətə çevrilir. Bir müddət sonra İrie və Sekine Yuiyə olanları və qrupun indiki adını hardan tapdıqlarını danışırlar. 
  1. 1 2 3 4 "スタッフ" (Japanese). Aniplex. 2009-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  2. "Key's Angel Beats! Project Gets TV Anime Green-Lit". Anime News Network. May 27, 2009. 2009-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  3. "Key's Angel Beats! Anime Promo Videos Streamed". Anime News Network. May 30, 2009. 2009-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  4. 1 2 "放送情報" (Japanese). Aniplex. 2010-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  5. "イチ早く『Angel Beats!』を見たい人に試写会応募情報をお届け" (Japanese). ASCII Media Works. March 8, 2010. March 10, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  6. 1 2 "Blu-ray & DVD 「Angel Beats!」 第1巻" (Japanese). Aniplex. 2016-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  7. 1 2 3 "Blu-ray & DVD 「Angel Beats!」 第7巻" (Japanese). Aniplex. 2010-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  8. "『AB!』BD&DVD第1巻は6.23発売!! 限定版特典はドラマCDなど" (Japanese). ASCII Media Works. April 14, 2010. April 24, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
  9. "Blu-ray & DVD 「Angel Beats!」 第4巻" (Japanese). Aniplex. June 1, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
  10. "Blu-ray & DVD 「Angel Beats!」 第6巻" (Japanese). Aniplex. June 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
  11. 1 2 "Angel Beats '​ 7th BD/DVD to Include Unaired Special". Anime News Network. June 24, 2010. 2010-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
  12. "Angel Beats! Gets Another Epilogue Green-Lit". Anime News Network. September 27, 2010. 2010-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
  13. "『Angel Beats!』BD-BOXが2015年6月24日に発売 麻枝准氏書き下ろしの特別篇を収録" (Japanese). ASCII Media Works. December 22, 2014. December 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  14. 1 2 "Angel Beats! Gets New Episode With Anime Blu-ray Box". Anime News Network. December 22, 2014. 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  15. "Sentai Filmworks Adds Angel Beats! Fantasy TV Anime". Anime News Network. March 25, 2011. 2011-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  16. "Section23 Adds Hidamari Sketch x Hoshimittsu, Orphen". Anime News Network. April 18, 2011. 2011-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  17. "Supanoway - That Was Massive!". Siren Visual. June 20, 2011. June 24, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  18. "Angel Beats Licensed by Manga Entertainment". Anime News Network. October 7, 2011. 2011-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
  19. あらすじ&次回予告 (Japanese). Aniplex. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  20. 2010年4月2日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  21. 2010年4月9日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  22. 2010年4月16日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  23. 2010年4月23日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  24. 2010年4月30日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  25. 2010年5月7日(金曜日)の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  26. 2010年 5月14日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  27. 2010年 5月21日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  28. 2010年 5月28日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  29. 2010年 6月4日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  30. 2010年 6月11日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  31. 2010年 6月18日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
  32. 2010年 6月25日(金) の番組表 (Japanese). Tokyo Broadcasting System. June 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]