Ani qalası

Ani qalasıTürkiyə Cümhuriyyətinin Qars ilində, qədim Ani şəhərini əhatə edən qala divarları. Təxminən X–XIV əsrlərdə inşa edilmiş qala divarları bir neçə hissədən ibarətdir. Onlardan İçqala adlandırılan hissə daha mürəkkəb memarlıq quruluşuna malikdir və içində çoxlu mülki tiklililərin qalıqları var.

Ani
Ölkə  Türkiyə
Şəhər Ani
Aidiyyatı Ani çarlığı
Şəddadilər
Tikilmə tarixi X - XIV əsrlər
Üslubu Erməni memarlığı
Material tuf
Vəziyyəti xarabalıqları qalıb
Ani qalası (Türkiyə)
Ani qalası

İçqala Ani şəhərinin Cənub hissəsində, hündür təpənin üstündə yerləşir. Qala ərazidə yerləşən Baqrati hökmdarlarının və onlardan sonra Aniyə hakimlik etmiş digər xanədan nümayəndələrinin saraylarını müdafiə etmək məqsədi ilə inşa edilmişdir. Qalanın Şimal — Qərb küncündə böyük ehtimal ki, kənardan gətirilən qara bazalt daşlarla inşa edilmiş bir bürc var. Bürcün inşa edildiyi daşların ortasında dairəvi oyuqlar vardır. Bu isə qədim inşa texnikasını yansıdan bir özəllikdir. Belə ki, erkən orta əsrlər memarlığında rast gəlinən bir texnikaya görə daşların ortası dairəvi şəkildə oyulur və inşa prosesində həmin oyuqlardan axıdılan qurğuşunla daşların daha möhkəm birləşdirilməsi təmin edilirdi, lakin bürcün inşası zamanı bu texnika tətbiq edilməmişdir. Sadəcə olaraq istifadə edilən daşlar həmin texnikanı həyata keçirmək üçün yonulçuşdur. Bu isə tədqiqatçıları bürcün inşa edilməsində istifadə edilən daşların şəhərdəki qədim Ani atəşgahından və ya eyni dövrə aid başqa bir abidədən gətirildiyini düşünmələrinə imkan vermişdir.

İçqalanın içində yerləşən saraydan dövrümüzə ancaq xarabalıqlar qalmışdır ki, onlar da xırda divar qalıqları və divarlardan qopmuş daş kütlələrindən ibarətdir. 1907–1914-cü illərdə N. Y. Marr tərəfindən burada qazıntılar aparılana qədər ümumiyyətlə yer üzündə heç bir qalıntı yox imiş.

Qazıntılar zamanı sarayın Cənub — Qərb istiqamətində uzanan 59 metrlik dəhliz ətrafında planlandığı, bir neçə böyük zalı və çoxlu kiçik otaqları olduğu, həmçinin ən azı iki mərtəbəli olduğu müəyyənləşdirilmişdir. Binanın altında isə su çəni və yeddi otaqlı, yeraltı isitmə tərtibatlı (hypocaust) hamam var imiş. Saray təxminən XV əsrin sonlarında tərk edilmişdir.

Ümumilikdə İçqalanın içində üç kilsənin alıqları qalmışdır. Bunlar Saray kilsəsi, Körpə şahzadələr kilsəsi və Altıguşəli kilsədir. Saray kilsəsi Sarayın giriş qapısının yaxınlığında olan kiçik bir kilsə olmuşdur. İçində yarımdairəvi tək apsisi olmuŞ daxili divarları aşırmalarla vurğulanmışdır. Bəzi mütəxəssislər kilsənin X əsrdə inşa edildiyini iddia etmişlər, lakin kilsənin sadə planlaşdırılması və daxili interyerdə istifadə dilən naxışlar kilsənin daha əvvəlki tarixdə inşa edildiyini və X əsrdə təmir edildiyni düşünməyə imkan verir.

Binanın daxili bəzəkləri ərəb istilası dövründən əvvəlki tarixi mərhələ üçün xarakterikdir. Tarixin sonrakı dönəmində isə kilsənin Şimal divarına dayalı kiçik bir şapel də inşa edilmişdir. Bu gün həmin şapelin sadəcə təməlləri qalmışdır. Kilsənin Cənub divarı 1966-cı il zəlzələsi zamanı çökmüşdür.

Körpə şahzadlər kilsəsi

[redaktə | mənbəni redaktə et]

Sarayın Cənub — Qərbində yerləşən bu kilsənin qısa qübbəli, düzbucaqlı bir planı var imiş. Yəni qübbə sadə və silindrik bir alın üzərində oturdulubmuş. Kilsə haqqında heç bir mənbədə məlumat yoxdur və binanın özünün də kitabəsi yoxdur. Adı isə XIX əsrin əvvəllərində kilsəyə verilmiş uydurma bir addır, lakin binanın memarlıq xüsusiyyətləri baxmından Horomos monastırındakı Yəhya Peyğəmbər kilsəsinə bənzəməsi bu kilsənin XI əsrdə inşa edilməsi fikrini söyləməyə imkan verir.

Bina XX əsrin əvvəllərinə ilk görünüşünü qoruyaraq çatmışdı, lakin 1966-cı ildə baş verən zəlzələdə kilsə uçaraq tamamilə məhv olmuşdur.

Altıguşəli kilsə

[redaktə | mənbəni redaktə et]

Bu kilsə İçqalanın ən Cənub hissəsində yerləşir. Bu kilsə uzaqdan baxıldığında qülləni xatırladan bir memarlıq quruluşuna sahibdir. Xaricdən çox sadə görünüşü olan bu kilsənin Cənub — Qərb apsisindən girişi vardır. Xaricdən on üzü vardır və çox səliqəsiz və kobud planlamaya malikdir. Qübbəsi və alın hissəsi uçmuşdur. Kilsənin günümüzə çatan bir kitabəsi yoxdur. Təxminən XII əsrin əvvəllərində inşa edilmişdir və XIII–XIV əsrlərdə təmir edilmişdir.

Aslanlı qapı divarları

[redaktə | mənbəni redaktə et]

Ani şəhəri təbii cəhətdən olduqca əlverişli ərazidə salınmışdır. Şəhər üçbucaq şəkilli bir təpənin üstündə yerləşir ki, təpənin də iki tərəfi sıldırım qayalıqlarla müdafiə olunur. Bütün şəhərin qala divarları ilə əhatə olunmasına baxmayaraq, əsas istehkam daha zəif müdafiə olunan Şimal hissədə qurulmuşdur. Həmin divarlar ilk dəfə kral Smbatın dövründə (977–989) inşa edilsə də Səlcuqluların Anini fəth etdiyi dövrdə qala divarları deək olar ki, lazımsız və dağılmış bir vəziyyətdə idi. Bu səbəbdən də səlcuqluların vrdiyi qərara əsasən qala divarları bərpa edildi — daha doğrusu yeni iki qatlı qala divarları inşa edilir. Məhz bu səbəbdən də tədqiqatşılar bu gün Aslanlı qapı divarları adıyla tanıdığımız həmin divarları bir erməni abidəsi deyil, bir səlcuqlu memarlıq əsəri kimi qiymətləndirirlər.

Lain kral Smbatın inşa etdirdiyi həmn qala divarları Aninin ilk divarları deyildi. Belə ki, Anidə ilk qala divarları kral III Aşotun hakimiyyəti dövründə, paytaxtın Qarsdan Aniyə köçürüldüyü zaman inşa etdirilmişdir. Həmin qala divaraları daha kiçik ərazini əatə etmiş və bu gün Mənuçöhr camisinin yerləşdiyi ərazidən keçmişdir, lakin Ani o qədər sürətlə inkişaf edir ki, tezliklə yeni və daha geniş qala divarlarına ehtiyac yaranır. Qala divarlarından kənarda da müxtəlif binaların xarabalıqlarının dövrümüzə çatması, hətta yeni inşa edilmiş divarların belə bütün şəhəri əhatə etmədiyini göstərir.

Aslanlı qapı divarları, şübhəsiz ki, Anidə olan abidələrdən ən diqqətə layiq olanıdır. Qoşa divarlar ArpaçayAlacaçay arasındakı düz ərazini qapatmaq üçün inşa edilmişdir. Bayır divarlar çox alçaqdır və digərindən az müdafiə edilmişdir. Qabaq hissəsində isə dərin xəndək qazılmışdır. Divarlar sarı bazalt daşdan yonularaq bir — birinə keçirilmiş təbəqə ilə üzlənmişdir. Divarlar qırmızı və ya qara daşlardan kəsilərək yaradılmış xaçlar, xanədan simvolları və sehrli hesab edilən heyvanların şəkilləri ilə bəzədilmişdir.

Daxili və xarici divarların qapıları qarşı — qarşıya gəlmir. Şəhərə hücum edənlər zorla ilk qala divarını keçsələr belə qarşıda daha böyük və qüllələrlə əhatə edilmiş başqa bir divarla rastlaşır, iki divar arasında məsafə dar olduğundan arada manevr edə bilməyərək geri çəkilməyə məcbur olurdu. İkinci qala divarları çoxlu yarımdairəvi bürclərlə əhatələnmişdir. XII–XIII əsr erməni kitabələri bürclərin bir çoxunun inşasının şəhərin zənginləri tərəfindən maaliyyələşdirildiyni qeyd edir. Ümumilikdə qala divarlarının üç qapısı vardır: Hıdrellez Kapısı, Aslanlı qapı və Qars qapısı.

Aslanlı qapı, adın qapı yaxınlığında bir divarda yerləşdirilmiş aslan qabartmasından almışdır. Bu qapı şəhərə əsas giriş yeri olmuşdur. Aslanlı qapıdan İçqalaya qədər bir yol uzanmışdır. Qapı isə kənarında yerləşdirilmiş iki bürclə qorunmuşdur. Bürclərdən sağ tərəfdə yerləşəni müəyyən qədər zədələnsə də sol tərəfdə yerləşəni ilkin görünüş və hündürlüyünü qoruyaraq dövrümüzə çatmışdır. Aslanlı qapı və yaxınlıqda yerləşən bürclərin bir çoxu, Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının mütəxəssisləri tərəfindən 1996–1997-ci illərdə bərpa edilmişdir.

Qars qapısı divarları

[redaktə | mənbəni redaktə et]

Qars qapısı divarları mürəkkəb planlamasına görə Ani qalasının digər hissələrindən fərqlənir. Xüsusilə qalanın içindəki otaqlar olduqca mürəkkəb planlamaya malikdir və hətta mütəxəssislərin bəziləri qalanın bu hissəsini ayrıca qala kimi qiymətləndirirlər. Qars qapısı ətrafındakı bürclər isə ümumilikdə Ani qalasında olan bürclərdən ən qədim və hündür olanlarıdır.

Qars qapısının üstündəki kəmər isə elə inşa edilmişdir ki, kimsə qapını zorla açmağa çalışarsa həmin kəmərdən nəhəng daş parçaları qoparaq həmin adamın üstünə tökülməli idi. qars qapısından sonra isə çox təsiredici və böyük görünüşə malik möhkəm qala divarları başlayır. Qala divarları bu hissədə qıvrılaraq Cənuba doğru dönür. Görünür qalanın inşası zamanı bu hissənini daha çox hücuma məruz qala biləcəyi düşünülmüşdür. Bu hissədə bayr divar demək olar ki, iç divar qədər möhkəm inşa edilmişdir. Bu hissədə həmçinin polixrom daş işçiliyinin müşahidə olunduğu çox gözəl bəzəkli bir bürc də vardır.

Hıdrellez qapısı divarları

[redaktə | mənbəni redaktə et]

Bu qapı üstündəki şahmat taxtasını xatırladan qırmızı — qara şalarla hörülmüş damalı lövhəyə görə vaxtilə burada arxeoloji qazıntı işləri aparmış ruslar arasında "Chequer-Board Gate" kimi tanınırdı. Bəzəli lövhəsiylə birgə qapı X əsrə aid edilir, amma qapı ətrafında olan bürclər Şəddadilər dövründə (1164–1199) inşa edilmişdir.

Hıdrellez qapısından Şərqdə ala divarları Cənub Şərqə doğru dönür. Bu hissədə qalanın digər hissələrində olan yarımdairəvi bürclərlə uyuşmayan bir neçə hündür düzbucaqlı bürc vardır. Həmin bürclərdən sonra isə qala divarı təkxəttli olaraq inşa edilmişdir. Qalanın bu hissəsindən dövrümüzə çoxa az qism divarlar qalmışdır ki, bunlar da əsasən Tiqran Honents kilsəsinin olduğu ətrafdadır.