Anikşçyay

Anikşçyay (lit. Anykščiai, pol. Onikszty, rus. Они́кшты, Оникшта, Аникшчя́й) — Anikşçyay rayonunun mərkəzi. Litvada yerləşir.

Anikşçyay
Anykščiai
Bayraq Gerb
Bayraq Gerb
55°32′04″ şm. e. 25°06′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1442
Mərkəzin hündürlüyü 75 m, 74 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 8.638 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +370 381
Poçt indeksi LT-29001
Xəritəni göstər/gizlə
Anikşçyay xəritədə
Anikşçyay
Anikşçyay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəhər Litvanın şimal-şərqində yerləşir və 2012-ci ildə o Litva mədəniyyətinin paytaxtı olacaq. 2001-ci ildə Anikşçyayın 12 min nəfərə qədər əhalisi var idi. Bu şəhər Anikşta və Şvyantoyi birləşməsində ucalıb və təpədə yerləşir (Anikşçyay silsiləsində, dəniz səviyyəsindən 112 m yüksəkdə). Şəhərin cənub hissəsindəki kilsə və köhnə qəbiristanlığın arasında Yurzdikas yerləşir. Əvvəllər bu ərazi kilsənin mülkiyyətində idi. Məhz burada şair, yepiskop Antanas Baranauskas anadan olmuşdur. Şəhərin qərb hissəsi Ujupeçyay adlanır, keçmişdə bu böyük bir kənd idi. Burada A.Jukauskas-Venuolisin ağacdan tikilmiş gözəl evi qorunub saxlanılmışdır, yazıçı orada 30 ilə qədər yaşayıb. Şimal-şərqdə, Utyanaya gedən yolda Yanidjyay yerləşir. Müqəddəs Aleksandr Nevskinin əzəmətli daş kilsəsi keçmiş zəngin pravoslav cəmiyyətini xatırladır. 2007-ci ildə Anikşçyay kurort zonası kimi elan edilmişdir. Şam meşələrin quru təmiz havası klimatik reabilitasiya üçün yararlıdır, "Anikşçyu şilyalis" OP-də prosedurlar keçirilərkən mineral bulağın suları müalicəvi vannalar üçün istifadə olunur.

Şəhərin adı hidronomik mənşəlidir və Rubikyay gölü ilə bağlıdır. Tərkibində 16 adası olan bu gölün ərazisi 1000 ha sahəni əhatə edir. Bu göldən Anikşta çayı öz mənbəyini götürür. Rəvayətə görə Rubikyay gölünə dağdan baxan insanlar "ovuc kimi" , göldən axan çaya isə "böyük barmaq kimi" deyərdilər. Başqa bir əfsanəyə görə qədim zamanlarda bir qız gölün yanında paltar yuyanda barmağını sancmış və qışqırmağa başlamışdı :"Vay, böyük barmağım! Vay, böyük barmağım "! Antanas Venuolis isə yazırdı ki, sevdiyi həyat yoldaşının ölüm xəbərini eşidəndən sonra Ona Nikştene bu çayda batdı. Buna görə də göldən axan çaya zaman keçdikcə Anikşta, yaxınlığında ucalan şəhərə isə – Anikşçyay adını qoyublar.

Bəzi alimlar və yazıçılar (E.Volteris, A.Venuolis) Şərqi Avropanın ən böyük taxta qalası-Litvanın ilk paytaxtı olan Vorutanı Anikşyay tərəflərdə axtarmağa cəhd göstəriblər, çünki Livon səlnaməsində bəzi ərazilərin və onların xüsusiyyətlərinin təsviri Anikşyay ətraflarını əks etdirir. Məhz burada, Mindauqasa tac qoyulan, Şelminişkelyay kəndin yaxınlığında ucalan kurqanın onun paytaxtı olması ehtimalı var, burada yoxa çıxmış Voruta qalası yerləşirdi. İki çalanın arasında dar çıxıntıda yerləşən şəhər, onun qazıntıları, təşkili, arxeoloqların fikrincə X-XIV əsrlərə aid oluna bilər. Bir əfsanəyə görə qalanın altında daş-qaşla dolu iri zirzəmilər var idi və yaxınlığda yerləşən daşlı yer isə əbədi qayalara dönmüş Voruta qalasının müdafiəçilərinin lənətə gəlmiş düşmənləridir. Hal-hazırda kurqan araşdırma obyektidir və Şərgi Pribaltikada ən tədqiq edilən sayılır. 2000-ci ildə Varyalisin üzərindən körpü tikilmişdir, 2004-cü ildə isə kurqanın yanında baxış qülləsi ucalmışdır.

İlk dəfə yazılı mənbələrdə Anikşyayın adı 22 iyul 1440-cı ildə çəkilib. O zamanlar bu Litvanın Böyük knyazı Kazimeras Yoqaylaytisin malikanəsi idi. İki xalqın Respublikasının kralı Stanislovas Auqustas Ponyatovskix Anikşçyaya Maqdeburqun hüququnu və herbini verib, lakin 1795-ci ildə onlar ləğv edildilər.

Planlı tikilişin qədim quruluşunun (radial planlı hissələrin düzbucaqlı formalarla özünəməxsus ahəngi) qorunub saxlanılmasına görə 1993-cü ildə köhnə Anikşçyay şəhəri urbanistika abidəsi kimi elan edilmişdir. Şəhərin arxitektura mərkəzi-Müq.Apostol yevangelist Matasın əzəmətli kilsəsi Litvanın iki qülləli ən hündür kilsəsidir (79 m). Anikşçyay kilsəsinin həyətini açıq səma altında müasir incəsənət qalereyası adlandırmaq olar. O, XX əsrin əvvəlində salınmış neoqotik hasar və darvaza ilə bir ansambl təşkil edir, hansılar ki, 2009-cu ildə onlarda yerləşən incəsənət əsərləri ilə regional əhəmiyyətli daşınılmaz incəsənət qiymətlisi kimi elan olunmuşdu. Episkop bağçası ilə şair və episkop Antanas Baranauskasın abidəsi (heyk.Arunas Sakalauskas, arx.Riçardas Kriştopaviçyus) yaxınlığında yerləşən məkan kilsə ansamblına ifadəlilik gətirir. 1994-cü ildə bu abidə Litvanın Milli mükafatı adına layiq görüldü. Ta qədim zamanlardan böyük kilsə- Müq.Ona bayramı məşhurdur (26 iyul, ən yaxın bazar gününə keçirilir). Bu bayram bu gün də Anikşçyay şəhərinin bayramı ilə birgə və hər dörd ildən bir bütün dünya ölkələrindən toplaşan anikşyaylılar tərəfindən qeyd olunur. Şəhərin bayramları qeyri-adi flora cığırlarının yaradılma müsabiqəsi, şəhər meydanlarında virtual sərgi, Şvyantoyi çayı sahilindəki konsertlərlə fərqlənirdilər.

İkinci dünya müharibəsi dövründə şəhərin mərkəzi dağıdılmış, Şvyantoyi üzərindəki körpü məhv edilmişdir. 1962-ci ilə kimi intensiv bərpa işləri görülmüşdür. Şəhərin mərkəzindəki Baranauskas meydanı-bağça dağıdılmışdır. Bu gün Anikşçyayda qorunub saxlanılan ən qədim daş binalar Şvyantoyi çayının sahilindəki Okuliçyute malikanəsi və 1858-ci ildə ucaldılmış, A.Venuolisin "Xərçəng" poemasında inşa edilməsini təsvir etdiyi-qədim şəhər qəbiristanlığının kiçik kilsəsi hesab olunur. Bu gün bura kamera incəsənətinin mərkəzidir.

Anikşyayda artıq XVIII əsrin əvvəllərində məktəb fəaliyyət göstərirdi. Anişkyayın təbiət və tarixi xüsusiyyətləri ərazinin mədəniyyətində də öz əksini göstərib. 1858–1859-cu illərdə gənc şair Antanas Baranauskas (1835–1902) milli əhəmiyyətli əsərini-"Anikşçyay meşəsi" poemasını yazdı; məmləkətin mədəni adətlərini həm də A.Juakuskas-Venuolis (1882–1984), Yonas Bilyunas (1879–1907), Brone Biyvudayte-Tiru Dukte (1895–1984) kimi dahilər tərənnüm edərək inkişaf etdiriblər. Anikşçyayda milli intabah hələ çapa qadağa qoyulan dövrlərdə dirçəlmişdi. Kitabaparanlar Valeras Laskauskas, Statis Didjyulis, Yonas Syauçyunas və digərləri xalqa litva kitablarını paylayırdılar.

  1. Resident population by city / town at the beginning of the year. State Data Agency of Lithuania, 2023.