Aniva körfəzi

Aniva körfəziOxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına geniş şəkildə açılır. İnzibati baxımdan Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Körfəz salinində Aniva və Korkasov şəhərləri yerləşir.

Aniva körfəzi
rus. Анива
Ümumi məlumatlar
Tip Körfəz
Sahil uzunluğu 90 km
Dərin yeri 93 m
Yerləşməsi
46°19′00″ şm. e. 142°50′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Aniva körfəzi xəritədə
Aniva körfəzi
Aniva körfəzi
Aniva körfəzi xəritədə
Aniva körfəzi
Aniva körfəzi

1918-ci ildən Rusiyada xarici qüvvələrin təsiri güçlənir. Bu zamandan etibarən Körfəz Korkasov adını alır.

Böyük ehtimal ki, körfəzin adı aynu dili ilə əlaqədardır. Aynu dilində olan «an» və «iva» sözlərinbin birləşməsindən ibarətdir. Birinci söz təcümədə «mövcud olan», ikinci söz isə «dağ silsiləsi, qaya, zirvə» mənasını verir. Ümumi məna isə mövcud dağ, silsilə arasında yerləşən anlamınındadır[1]

Körfəzin uzunluğu 104 km, eni 90 km, ən dərin yeri isə 93 metrdir. Körfəzin bir hissəsi Qızıl balıq buxtası adı ilə tanınır. İsti Soya cərəyanı körfəzin temperatur rejiminə və daxili axınlara təsir edir. Bu isə dəyişkən xarakter daşıyır[2]. Bu isə onun suyunun bir qədər qızmasına səbəb olur. Körfəzin sahilində yerləşən ən böyük yaşayış məntəqəsi Korsakov şəhəridir. Şəhər körfəzin şimalında yerləşir. Sahilində yerləşən yaşayış məntəqələri:Pesçanoye, Rıbaçskoe, Taranay, Ulyanovskoe, Priçal, Kirillovo, Malinovka, Davıdovo, Birinci Pad, İkinci Pad, Üçüncü Pad, Korsakov, Çayka, Ozyorskoe, Novikovo, Murovyovo. Sahilində yerləşən burunlar: Slyuda, Novik, Skalnıy, Qrin, Yunonlar, Tomari-Aniva, Konabeevka, Anastasiya, Krilon. Körfəz ərazisinə daxil olan buxta, laqun və körfəzlər:Bezimyannaya, Morj, Neçayevka, Busse (laqun), Losos. Ətraf əraziləri demək olar ki, bütünlüklə meşə ilə örtülüdür. Mur bərzəxi ilə Tunayça gölündən ayrılır. Sahilə yaxın kiçik zirvələr yerləşir: Daçnaya, Kruzenştern, Aniva, Korneliya, Sovetsakaya, Pikovaya, Utes, Zapovednaya, Baçinskaya, Ojidoniya, Mak, Slonimskaya, Ploskaya, Konabeevka, Stojevaya, Buxta, Vodnaya, Dalnaya, Koneçnaya. Körfəzin cənub sərhəddi Krilon burnu ilə Aniva burnu arasındandan keçir.

Körfəz suları balıq (Qızılbalıq, Siyənək, Atlantik treskası, dəniz kambalası) və yengəclərlə zəngindir. burada molyusklardan Swiftopecten swifti, Patinopecten yessoensis, Crenomytilus grayanus, Musculista senhousia, Laternula limicola, Callista brevisiphonata, Venerupis philippinarum, Protothaca euglypta, Callithaca adamsi, Peronidia venulosa, Macoma orientalis. İsti Soya cərəyanı hesabına körfəzə daha cənub dəniz canlıları daxil ola bilir: Boz balinalar, SarıquyruqBöyük korifen.

  1. Гальцев-Безюк С. Д. — Топонимический словарь Сахалинской области. — Южно-Сахалинск: Дальневост. кн. изд-во, Сахалин. отд., 1992. — 224 с.
  2. "Мыс Анива. Фотографии. - Анивский залив - Отчеты по рыбалкам - Статьи - Морская рыбалка на Сахалине". 2013-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-19.