Ankara Antik Roma Teatrı

Ankara Antik Roma Teatrı (türk. Ankara Roma Tiyatrosu) — Türkiyənin paytaxtı Ankara şəhəri, Altındağ mahalının Ulus səmtində Hisar küçəsi ilə Pınar küçəsinin kəsişməsində yerləşən qədim Roma Teatrı.

Ankara Antik Roma Teatrı
türk. Ankara Roma Tiyatrosu
Xəritə
Əsası qoyulub II əsr
Yenidən təşkil olunub 1992
Mövzu arxeologiya
Ölkə Türkiyə Türkiyə
Yerləşir Ankara, Altındağ
Ünvan Ulus səmti, Hisar küçəsi ilə Pınar küçəsinin kəsişməsi
39°56′31″ şm. e. 32°51′36″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikintisinin dəqiq nə vaxt aparıldığı məlum olmasa da, eramızın II əsrinə aid edilir.[1]

1982-ci ildə bir tikintinin təməl qazıntısı nəticəsində əldə edilən arxeoloji məlumatlara istinadən, 1982–1986-cı illər arasında Anadolu Mədəniyyətləri Muzeyinin rəhbərliyi ilə aparılan qazıntılar prosesində üzə çıxarılan arxeoloji abidə[2] 25 fevral 1992-ci ildə birinci və ikinci dərəcəli arxeoloji ərazi kimi qeydə alınıb.[3] Qazıntılar zamanı tağlı binalar, amfiteatr, səhnə otağının təməl daşları və divarları, həmçinin xeyli sayda heykəllər və onların fraqmentləri aşkar edilmişdir.[4][5]

Mühüm tapıntılar

[redaktə | mənbəni redaktə et]

Mühafizə olunan ərazidə aparılan qazıntılar nəticəsində tapılan maddi nemətləri iki qrupa bölmək mümkündür. Teatrın kəşfi ilə başlayan və 1982–1986-cı illər arasında davam edən ilk qazıntılar nəticəsində Qədim Roma dövrünə aid çoxlu əşyalar tapıldı. Bunların demək olar ki, hamısı teatrda istifadə olunduğu düşünülən əsərlərdir. 2009–2010-cu illərdə aparılan qazıntılarda daha çox teatrın sonrakı dövrlərdə istifadəsi ilə bağlı məlumatlar əldə edilmişdir. Binanın Səlcuqlu imperiyasıOsmanlı imperiyası dövründə keramika-şüşə istehsalı emalatxanası kimi istifadə edildiyi müəyyən edilmişdir. Ətrafda tapılan xətalı keramika qalıntıları, borular və çoxusu oxunmayan sikkələrin qalıqları bu iddianı dəstəkləyən mühüm dəlildir. Qazıntılar zamanı tapılan əsərlərin əksəriyyəti Anadolu Mədəniyyətləri Muzeyinin aşağı mərtəbəsində sərgilənir.[6]

2009–2010-cu illər arasında aparılan son qazıntılardan sonra antik teatr Ankara Böyükşəhər Bələdiyyəsinə verildi, binanın yenidən restavrasiya edilməsi gündəmə gətirildi. Layihə çərçivəsində teatrın üçölçülü maketi orijinala uyğun hazırlandı və amfiteatr hissəsinin tamamilə yenilənməsi qərara alındı.[7] Restavrasiya zamanı andezitdən istifadə edilsə də, bərpa zamanı amfiteatr tamamilə ağ mərmərlə örtülmüş və bu, bir çox mütəxəssisin sərt reaksiyasına səbəb olmuşdur.[8] Verilən açıqlamalarda bərpanın binanın tarixinə və ilkin quruluşuna uyğun aparılmadığı, əksinə, sıfırdan teatr tikildiyi iddiaları səslənirdi.[9]

  1. "Roma Tiyatrosu" (Türkçe). Anadolu Medeniyetleri Müzesi. 25 Aralık 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2014.
  2. Sargın, Haluk. Antik Ankara (Türkçe). Ankara: Arkadaş Yayıncılık. 2012. ISBN 975-288-886-0. (#accessdate_missing_url)
  3. "ROMA TİYATROSU" (Türkçe). Envanter.gov.tr. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2014.
  4. "Ankara Roma Tiyatrosu" (Türkçe). Ankara İl Kültür ve Turizm Müdürlüğü. 21 Aralık 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2014.
  5. Erdoğan, Abdülkerim. Tarih İçinde Ankara (PDF) (Türkçe). Ankara: Ankara Büyükşehir Belediyesi Kültür ve Sosyal İşler Dairesi Başkanlığı. ISBN 9944-473-07-3. 21 Ağustos 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 Ağustos 2014.
  6. "Ankara Roma Tiyatrosu Kurtarma Kazısı" (PDF). Ankara: Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığı. 2012. ISSN 1300-5626. 16 Temmuz 2020 tarixində arxivləşdirilib (PDF). (#first_missing_last); (#first_missing_last); (#first_missing_last)
  7. "Antik Tiyatro Gün Yüzüne Çıkıyor" (Türkçe). Ankara Büyükşehir Belediyesi. 7 Temmuz 2013. 25 Eylül 2013 tarixində arxivləşdirilib.
  8. Şener, Şiar Can. "Antik tiyatro onarılmıyor, üzerine yeni tiyatro yapılıyor!" (Türkçe). Evrensel (gazete). 9 Ekim 2013. 25 Nisan 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Ağustos 2014.
  9. "Roma tiyatrosu restorasyonu yaptırılacaktır". İlan.gov.tr. 8 Ağustos 2020 tarixində arxivləşdirilib.