Anadolu Mədəniyyətləri Muzeyi – Türkiyənin Ankara şəhərində yerləşən tarix və arxeologiya muzeyi.
Anadolu Mədəniyyətləri Muzeyi | |
---|---|
Anadolu Medeniyetleri Müzesi | |
Əsası qoyulub | 1921[1] |
Açılış tarixi | 1943[2] |
Ölkə | |
Yerləşir | Altındağ ilçəsi |
Ziyarətçi sayı |
|
39°56′17″ şm. e. 32°51′42″ ş. u.HGYO | |
anadolumedeniyetlerimuzesi.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Anadolu Mədəniyyətləri Muzeyi Türkiyənin Ankara şəhərində yerləşir. Əsası 1921-ci ildə qoyulmuşdur. Əvvəllər imperator Avqustun məbədində və erkən Bizans termalarında saxlanılan arxeoloji tapıntıların bir hissəsi sərgilənmək məqsədilə buraya gətirilmişdir. Sonra isə Ankara qalasının cənub-şərqində yerləşən 15-ci əsrə aid binalar bərpa olunaraq muzey genişləndirilmiş və 1968-ci ildə kütləvi baxış üçün açılmışdır. Anadolu Mədəniyyətləri Muzeyində Paleolit (Karain mağarası), Neolit (Çatalhöyük və Hacılar), Eneolit (Canhasan, Tülkütəpə, Alacahöyük və Alişarhöyük və s.) və Erkən Tunc (Hasanoğlan, Mahmatlar, Horoztəpə, Beycəsultan, Qaraoğlan, Merzifon, Bollu, Eskiyapar və s.) dövrlərinə aid Hett, Frigiya, Urartu və son Hett mədəniyyətlərini əks etdirən arxeoloji materiallar, həmçinin yunan, Roma və Bizans incəsənətinin nadir əsərləri nümayiş olunur. Muzeyin rentgen otaqları, tədqiqat labaratoriyası, kitabxanası, bərpa emalatxanaları və konfrans zalı var.[3]