Ankara Sosial Elmləri Universiteti (ASEU) — Ankarada yerləşən dövlət universiteti. Universitet Türkiyə Respublikasının 22 yanvar 2013-cü il tarixli, 2809 saylı Rəsmi Qəzetində dərc olunan qərara əsasən yaradılıb.[2] Ankara Sosial Elmləri Universiteti Ankaranın altıncı dövlət universitetidir.
Universitetdə 2022-ci il tədris ilində ümumilikdə 5255 tələbə təhsil alırdı:
Universitetdə 59 professor, 58 dosent, 94 doktor, 99 müəllim və 87 elmi işçi olmaqla cəmi 397 professor-müəllim heyəti çalışır.[3]
- Hüquq fakültəsi
- İlahiyyat fakültəsi[3]
- Siyasi Elmləri fakültəsi
- Sosial və Humanitar Elmləri fakültəsi
- Xarici dillər fakültəsi
- İncəsənət və Dizayn fakültəsi
- Ərazi Araşdırmaları İnstitutu[4]
- İslam Araşdırmaları İnstitutu
- Sosial Elmləri İnstitutu
- Türk dili və ədəbiyyatı (30% ingilisce)[5]
- Hüquq fakültəsi (30% İngilis dilində)
- İlahiyyat fakültəsi (30% ərəb dilində)
- Sosiologiya (ingilis dilində)
- Tarix (ingilis dilində)
- Psixologiya (ingilis dilində)
- İqtisadiyyat (ingilis dilində)
- Siyasi Elm və Dövlət İdarəçiliyi (ingilis dilində)
- Beynəlxalq Münasibətlər (ingilis dilində)
- İngilis dili və ədəbiyyatı (ingilis dilində)
- Xarici dillər fakültəsi — Yapon dili və tərcümə
- Xarici dillər fakültəsi — Rus dili və tərcümə[6]
- Prof. Dr. Ömər Dəmir — qurucu rektor (2013–2015)
- Prof. Dr. Mehmet Barça — 2015–2020
- Prof. Dr. Musa Kazım Arıcan — 2020 —