Ankara müqaviləsi (20 oktyabr 1921) — TBMM və fransız hökuməti arasında türk-fransız cəbhəsindəki fəaliyyətləri dayandırmışdır. TBMM idarəçiliyindəki bölgənin cənub sərhədinin ayırıcı xətt olaraq qəbul edilməsi qərara alınmışdır, lakin əsas qərarların verilməsi Lozanna müqaviləsinə buraxılmışdır.[1]
Ankara müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 20 oktyabr 1921 |
İmzalanma yeri | |
Tərəflər | Üçüncü Fransa Respublikası, Türkiyə |
Vikianbarda əlaqəli mediafayllar |
Şərq problemində Birləşmiş Krallıq, Yunanıstan və İtaliya ilə milli mənfəətləri uyğun gəlməyən Fransa, Sevr müqaviləsinin imzalanmasından 3 ay əvvəl türk-fransız cəbhəsində müvəqqəti saziş imzalayaraq, TBMM ilə ikili münasibətlərə başlamışdı.[2] Ancaq, yeni Türkiyə Böyük Millət Məclisini bir siyasi mövcudiyyət olaraq qəbul etmələrinə baxmayaraq, Milli Hökumətin Fransa ilə münasibətləri daha da irəli aparmaq cəhdləri baş tutmamışdı.
Sakarya meydan döyüşünün TBMM tərəfindən qazanılması və Sovetlərlə Ankara hökuməti arasında imzalanan Moskva müqaviləsi, türk-fransız münasibətlərinə də müsbət təsir etdi.ref name=HRI/> Fransa hökuməti, köhnə nazirlərindən Henry Franklin-Bouillonu qeyri-rəsmi olaraq Ankaraya göndərdi. 9 iyun, 1921-ci ildə Ankaraya gələn Henry, Mustafa Kamal paşa, Xarici İşlər naziri Yusif Kamal bəy və Ümumqoşun Qərərgahı Komandanı Fevzi paşa ilə iki həftə davam edən görüşmələrdə oldu. Xüsusilə, Mustafa Kamal paşa ilə Henry Franklin arasında edilən görüşmələrdə əsas olaraq "Misak-i Milli" mövzusu və yeni Türk dövlətinin mövcudiyyəti müzakirə edildi. Fransa nümayəndəsi dolayı yolla izah etdi ki, Fransa tərəfi Sakarya meydan döyüşünün nəticəsini görmədən TBMM hökuməti ilə rəsmi danışıqlara getməyə çəkinir. Sakaryada TBMM hökumətinin qələbəsi fransızların tərəddütlərini aradan qaldırdı və iki ölkə arasında Ankara müqaviləsi imzalandı.
Ankara müqaviləsi ilə Antanta dövlətlərinin siyasi birliyi pozulmuş və yeni türk dövləti Fransa tərəfindən tanınmışdır. Bu müqavilə nəticəsində Cənub cəbhəsindəki müharibə rəsmən sona çatmış və Türkiyənin cənub sərhədi müəyyənləşmişdir. İsgəndərun sancaqlığı Suriyanın tərkibində qalırdı, lakin bu sancaqlığa xüsusi imtiyazlar və muxtariyyət verilirdi. Türklər ən böyük etnik qrup olduqlarından vilayətin idarə olunmasında üstün qəbul edilirdilər. Osmanlının qurucusu I Osmanın atası Süleyman şahın Suriyada olan məzar-türbəsi Türkiyə torpağı hesab edildi.[3]
Bu müqavilə ilə ilk dəfə, türk milli mübarizəsinin haqlılığı bir Antanta dövləti tərəfindən qəbul edilmişdir. Müqavilə imzalandıqdan sonra iki ölkə də bir-birinə nümayəndə göndərmişdir. Bu müqavilə ilə iki ölkə arasındakı hərbi vəziyyət sonlandırılsa da, Lozanna sülh konfransında Fransa Antanta tərəfindən konfransda çıxış etmişdir.