Ankilostomidozlar

Ankilostomidozlar – Ancylostoma duodenale və Necator americanus- adlanan girdə qurd növlərinin törətdiyi xəstəliklər (ankilostomoz və nekatoroz).

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ankilostomidozlar tropiksubtropik ərazilərdə, o cümlədən Azərbaycan Respublikasının subtropik rayonlarında geniş yayılmışdır. Ankilostomidozlar duodenale və N. americanusun həyat tsikli oxşardır. Onların dişisi insanın onikibarmaq bağırsağında yumurta qoyur və yumurtalar nəcislə xaric olunur. Əlverişli şəraitdə yumurtadan sürfələr inkişaf edir və torpaqda sərbəst yaşayır. Onların bir qismi yoluxdurucu qabiliyyətə malik olur. Yoluxma ayaqyalın gəzdikdə sürfələrin dəridən keçməsi (nekatoroz), habelə sürfə ilə çirklənmiş suyun, meyvənin, tərəvəzin qəbulu ilə (ankilostomoz) baş verir. Xəstələrdə qarında ağrı, diareya, iştahanın azalması, zədələnmiş bağırsaqdan qansızma qeyd edilir. Bununla əlaqədar belə xəstələrdə dəmir defisitli anemiya, hipoalbuminemiya baş verir. Diaqnoz nəcisin müayinəsi zamanı qurd yumurtalarının tapılmasına əsasən qoyulur. [1]

Levamizol, mebendazol, pirantel; anemiya olduqda – dəmir preparatları.

Profilaktikası

[redaktə | mənbəni redaktə et]

Yuyulmamış meyvə və tərəvəzin qəbul edilməməsi, ankilostomidozlar endemiyası olan rayonlarda ayaqyalın gəzməmək.

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 507. ISBN 978-9952-441-02-4.