Anql-Afrikalılar


Anql-AfrikalılarCAR-da xalq.

Anql-Afrikalılar
Ümumi sayı
Təqr. 2 mln. nəfər (1995)
Dili

Afrikaans dili, ingilis d.nin Cənubi Afrika dialekti,

Dini

Xristian

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bir qismi Zimbabve, Namibiya, Yeni Zelandiya, Avstraliya, B.Britaniya, KanadaABŞ-də yaşayırlar. Sayı təqribən 2 mln. nəfərdir (1995). Anql-Afrikalılar ingilis dilinin Cənubi Afrika dialektində danışırlar. Afrikaans dili də yayılmışdır. Dindarları xristiandır. Anql-Afrikalılar B.Britaniyalıların nəsilləridir. Onların etnogenezində İrlandiya, Almaniya, HollandiyaFransadan, həmçinin Afrikadakı ingilis müstəmləkələrindən köçüb gələnlər də iştirak etmişlər. İlk dəfə 1620-ci ildə bura gələn ingilislər 19-cu əsrin əvvəlinədək hollandlar tərəfindən assimilyasiya edilmişdir. Kap müstəmləkəsinin B.Britaniya tərəfindən ələ keçirilməsindən (1806) sonra burada ingilis-afrikalı etnik birliyi formalaşmağa başlamışdır. 1820-ci ildə İngiltərə və Şotlandiyadan, 19-cu əsrin 60-cı illərində qızıl yataqlarının kəşf edilməsindən sonra isə B.Britaniyadan bu ərazilərə köç daha da gücləndi. Anql-Afrikalılarının bir hissəsi afrikanyorlar tərəfindən assimilyasiya olunmuşdur. Anql-Afrikalıların 95%-i şəhərlərdə yaşayır, əsasən, sənaye, maliyyəticarət sahələrində çalışırlar.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 509. ISBN 978-9952-441-02-4.