Antal Requli

Antal Requli (mac. Reguly Antal; 1819, Zirts —1858, Budapeşt) — macar dilçisi və etnoqrafı.

Antal Requli
Doğum tarixi 11 iyul 1819(1819-07-11)[1], 13 iyul 1819(1819-07-13)[2] və ya 11 (23) iyun 1819[3]
Doğum yeri
Vəfat tarixi 23 avqust 1858(1858-08-23)[1][4] (39 yaşında), 7 may 1852(1852-05-07)[2] (33 yaşında) və ya 23 avqust (4 sentyabr) 1858[3] (39 yaşında)
Vəfat yeri
Dəfn yeri
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1819-cu ildə anadan olmuşdur. Reguly Peşte Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1839-cu ilin yayında Almaniyaya səyahət etmiş, daha sonra Skandinaviyaya getmişdir. Stokholmda Finlandiyadan sürgün edilən Arvidsonla qarşılaşmışdır. Onunla görüşdükdən sonra Reguly Sibirdə yaşayan vogullarostyaklar arasında bir tədqiqat səyahəti etmişdir.

Macarıstan Elmlər Akademiyasının maddi və mənəvi dəstəyini əsirgəməyən Reguly 1841-ci ilin yayında Rusiyaya getmişdir. Moskvada iki il qalaraq bilgilərini artıran Reguly böyük Sibir səyahətinə hazırlaşmışdır. O, sadəcə rus dilini öyrənməklə kifayətlənməmiş, züreyn, çeremis, mordvin və çuvaş dilləri ilə məşğul olmuş, Ural bölgəsi haqqında çoğrafi, tarixi və etnoqrafik bilgilər əldə etmişdir. Ona bu işlərində akademiyada işləyən alimlər də kömək etmişlər.

Ağır xəstəlik keçirdiyi üçün Reguly yalnız 1843-cü ildə yola çıxmışdır. Şərqi Rusiyada yaşayan votyak, çeremis və çuvaşlar arasında yaşamaq istəməmiş, Ural torpaqlarından keçərək vogul torpaqlarmda işləməyə başlamışdır. Vogullar arasındakı elmi tədqiqatları 9 ay davam etmişdir. 1844-cü ildə ostyaklar arasında tədqiqatlara başlayan Reguly 1845-ci ildə Qazana qayıtmışdır. Ağır şəraitdə Sibirdə etdiyi tədqiqatlar onu yormuşdur. Bundan sonra o, Volqa bölgəsinə səyahət etmiş və burada dillə bağlı tədqiqatlar aparmış, əvvəl çeremis, mordvin və sonra isə çuvaş dillərini tədqiq etmişdir.

Rusiyaya və Sibirə etdiyi səyahətlərdən sonra Macarıstana yorğun şəkildə qayıdan Reguly, əldə etdiyi dil nümunələri nəşr etdirməmiş vəfat etmişdır (1858). Yoldaşları bunun üçün Päl Hunfalvynin köməyini yaratsalar da, bütün gücü Sibir və Rusiyada tiikənmiş Reguly tədqiqatlarını davam etdirə bilməmişdir. Regulynin həyatı M. A. Castrenin həyatına bənzəyir. Castren də Ural dilləri haqqında tədqiqatlarını nəşr etdirə bilməmişdir. Onun topladığı materialları Anton Schiefner dərc etdirmişdir. Regulynin də tədqiqatları son illərdə nəşr olunmuşdur. Onun çuvaşlar haqqında etdiyi tədqiqat nümunələrini Jözsef Budenz dərc etdirmişdir ("Csuvas közlesek es tanulmänyok" 1862–1863).

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  3. 1 2 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
  4. Wurzbach D. C. v. Reguly, Anton (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 25. S. 135.