Antinoy

Patrasdan Antinoyun büstü, (Afina Milli Arxeologiya Muzeyi)

AntinoyVifiniyalı yunan gənc və Roma İmperatoru Adrianın sevimlisi. Ölümündən sonra ilahiləşdirilmişdi. "Şərqi Yunan və Qərbi Latın"da ona bəzən tanrı kimi, bəzən isə sadəcə, qəhrəman kimi ibadət edilirdi.

Roma İmperiyasının Vifiniya vilayətində anadan olduğu məlum olsa da, onun həyatı haqqında çox az bilgi bizə gəlib çatmışdır. Antinoyun Adrian ilə ilk dəfə 123-cü ildə ali təhsil almaq üçün İtaliyaya aparılmazdan əvvəl tanış olduğu ehtimal olunur. O, 128-ci ildə Adrianın məiyyəti içərisində İmperiya səyahəti zamanından etibarən onun sevimlisi olmuşdur. Antinoy Adrianı Elevsin misteriyalarında iştirak edərkən müşayiət edirdi və o Liviyada Marusyan şirini öldürəndə də onunla idi. 130-cu ilin Oktyabr ayında Nil çayı boyunca gedən flotiliyada iştirak edən Antinoy, müəmmalı şəkildə ölür. Onun intihar edərək, sui-qəsdlə və qəza nəticəsində boğularaq öldüyü kimi fərziyyələr irəli sürülmüşdü.

Onun ölümündən sonra Adrian Antinoyu müqəddəsləşdirdi və bütün İmperiya boyunca ona həsr olunmuş dini mərasimlər təşkil etdirdi. Onun həlak olduğu yerin yaxınlığında Antinopol şəhərini saldırdı, bura da sonralar Osiris-Antinoy ibadətxanasının dini mərkəzi oldu. Antinoyun Adrianın pan-ellinizm xəyallarının rəmzinə çevrilməsi ilə, Antinopol və Afinada onun xatirəsinə ithaf olunmuş oyunlar keçirtdi. Antinoy Roma İmperiyasında ən məşhur və davamlı pərəstiş edilən müqəddəsləşdirilmiş insanlardan biri oldu və bu mərasimlər Adrianın ölümündən uzun illər sonra da davam etdirildi.