Antoniu Salazar

Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 188927 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın diktatoru.

Antoniu di Oliveyra Salazar
António de Oliveira Salazar
bayraq
Portuqaliyanın 101-ci baş naziri
5 iyul 1932 – 25 sentyabr 1968
PrezidentAntonio Oskar Karmona (5 iyul 193218 aprel 1951)
özü (müvəqqəti) (18 aprel 19519 avqust 1951)
Fransisko Kraveyro Lopez (9 avqust 19519 avqust 1958)
Ameriku Tomaş (9 avqust 195825 sentyabr 1968)
ƏvvəlkiDominqas Oliveyra
SonrakıMarselu Kaetanu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vimieyru, Santa-Komba-Dan, Beyra-Alta, Portuqaliya
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Lissabon, Portuqaliya
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi
Dəfn yeri Santa-Komba-Dan
Partiya 1) Mərkəzçi Xristian Demokratlar
2) (sonradan) Milli birlik
Təhsili Koimbra Universiteti
İxtisası hüquqşünas
Fəaliyyəti iqtisadçı, siyasətçi, pedaqoq, universitet müəllimi[d]
Atası Antonio di Oleveyra
Həyat yoldaşı evlənməyib
Uşağı yoxdur
Dini Katolik
Elmi fəaliyyəti
Elmi dərəcəsi professor (İqtisadiyyat/Siyasi-iqtisad)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə yüksəlişi

[redaktə | mənbəni redaktə et]

1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir.

Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu.

Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi. Salazarın həyata keçirdiyi islahatlar cəmiyyətin yüksək təbəqələri üçün əlverişli olsa da, aşağı təbəqələrin vəziyyəti pisləşirdi. Onun özünə tabe olan və dissidentləri təqib edən gizli polis xidməti (PIDE) var idi. Lakin, digər müasir diktaturalardan fərqli olaraq Portuqaliyada ölüm cəzası tətbiq olunmadığı üçün Salazar rejimi digərlərinə nəzərən daha az qan axıtmışdı.

İkinci dünya müharibəsi dövründə

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi dövründə Salazar orta xətti tutdu. O, diktator olmasına və respublikaçılarla mübarizə dövründə Franko İspaniyasını dəstəkləməsinə baxmayaraq, heç vaxt alman nasistləri ilə əlaqəyə girməmişdi. 1939-cu ildə o, Frankoya İberiya neytralitet Paktını imzalamağı təklif etdi. Lakin, müharibə dövründə o, müttəfiqlərin Portuqaliyaya məxsus olan Azor adalarından hərbi məqsədlərlə istifadə etməsinə icazə vermişdi. Almaniyanı dəstəkləmək Portuqaliyanın Britaniyaya qarşı müharibə elan etməsi kimi qəbul oluna bilərdi ki, bu da portuqal müstəmləkələri üçün təhlükəli idi.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

1945-ci ildə Portuqaliya Azor adaları, Madeyra, Afrikada Kabo-Verde, San-Tome və Prinsipi, Anqola, Qvineya-Bisau, KabinduMozambik, Hindistanda Diu, Daman və Qoa, Çində MakaoCənub-şərqi Asiyada Şərqi Timor üzərində nəzarətini saxlayırdı.

Salazar ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu artırmaq istəyirdi və çoxsaylı koloniyalarının olması ona bu imkanı yaradırdı, lakin, eyni zamanda Portuqaliya qapalı dövlət olaraq qalırdı. 1949-cu ildə Portuqaliya NATO-ya qəbul olunur.

1961-ci ildə Hindistanın öz ərazisindəki portuqal müstəmləkələrini ələ keçirməsindən sonra, Salazarın ölümünədək koloniyalar, xüsusilə Afrikada apardığı müharibələr Portuqaliya üçün başağrısına çevrilir.

1968-ci ildə öz yay evində stuldan yıxılması nəticəsində keçirdiyi insultdan sonra səhhəti kəskin pisləşən Salazar sentyabrın 27-də prezident Ameriku Tomaş tərəfindən baş nazir vəzifəsindən kənarlaşdırılır. Antoniu Salazar 1970-ci il iyulun 27-də Lissabonda vəfat edir. O, doğulduğu Santa-Komba-Danda dəfn olunmuşdur.