Xoşutlar

Xoşutlar (monq. Хошууд)—Oyratların etnoqrafik qrupu.

Onlar Monqolustanda, Çində, Uyğurustanda və digər məkanlarda yaşayırlar. Tarixən Çingiz xanın avanqard hissələrində xidmət ediblər. Xanın şəxsi qvardiyası Keşikə cəlb olan qüvvələrin əsas hissəsi onlar idilər.

Bir diplomat olan Yevgeni Schuyler Türküstan adlı əsərində, Xoşutlardan söz edir. Faruk Sümərin görüşünü qismən dəstəkləyən müəllif, onların Monqol boyundan olduğunu söyləyir:

“Çingiz xanın xələfləri ilə apardığı hakimiyət mücadilələri sırasında Cunqarya (Yarış ovası) üç qüvvətli Monqol qəbilələrinin savaş alanıydı. Bunlar, Çoroslar (Çoros), Xoşutlar və (Turgot)Turqutlardı”.[1]

  1. Eugene Schuyler. Türkistan. Tərcümə Fidəvs və Halil Çətin. Paradigma Yayıncılık, 2007. Səh. 501, 503, 508, 534, 535, 536

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]