Apache Hive

Apache Hive SQL — HADOP platforması əsasında, Verilənlər Bazasını İdarəetmə Sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur.

Apache Hive
Loqonun şəkli
Tipi relyasiyalı verilənlərin idarəolunması sistemi
Tərtibatçı Apache Software Foundation
Repozitoriya git.apache.org/hive.git
svn.apache.org/repos/asf…
Proqramlaşdırma dili Java[3][1]
Əməliyyat sistemi kross-platforma
Yayımlanma tarixi 9 noyabr 2011[1]
Platforma JVM
Sonuncu versiya
Sayt hive.apache.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və "Apache Software Foundation"da açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur.[4]

  • SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək;
  • Müxtəlif məlumat saxlama formatları üçün dəstək;
  • Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək;
  • "Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası.[5]

Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.

  1. 1 2 https://projects.apache.org/json/projects/hive.json.
  2. Apache Hive 3.1.3 Released. 2022.
  3. The Hive Open Source Project on Open Hub: Languages Page. 2006.
  4. "Amazon Elastic MapReduce" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-17.
  5. "Apache Hive". 2016-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]