NetBeans

NetBeansJava üçün inteqrasiya olunmuş inkişaf mühiti (IDE). NetBeans proqramları modul adlanan modulyar proqram komponentləri toplusu əsasında tərtib etməyə imkan verir. NetBeans Windows, macOS, LinuxSolaris kimi əməliyyat sistemlərində işləyir. Java ilə yanaşı, PHP, C, C++, HTML5[3]JavaScript kimi digər dillər üçün uzantılara sahibdir. NetBeans IDE daxil olmaqla NetBeans-a əsaslanan proqramlar üçüncü tərəf tərtibatçılar tərəfindən genişləndirilə bilər.[4]

NetBeans
Loqonun şəkli
Tipi İnteqrasiya olunmuş inkişaf mühiti
Tərtibatçı Apache Software Foundation, Oracle, Sun Microsystems
Repozitoriya github.com/apache/netbea…
Proqramlaşdırma dili Java[2]
Əməliyyat sistemi Microsoft Windows, Linux, macOS, Solaris
Yayımlanma tarixi 1997
Platforma JVM
Sonuncu versiya
Sayt netbeans.apache.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NetBeans 1996-cı ildə Praqadakı Karl Universitetinin Riyaziyyat və Fizika fakültəsinin rəhbərliyi altında Java IDE tələbə layihəsi olan "Xelfi" (Delphi-də söz oyunu)[5][6] kimi başladı. 1997-ci ildə Roman Stanek layihə ətrafında bir şirkət yaratdı və 1999-cu ildə Sun Microsystems tərəfindən satın alınana qədər NetBeans IDE-nin kommersiya versiyalarını istehsal etdi. Növbəti ilin iyun ayında Sun Microsystems NetBeans IDE-ni açıq mənbəyə çevirdi. O vaxtdan bəri NetBeans icması böyüməyə davam edir.[7] 2010-cu ildə Sun Microsystems (NetBeans də onunla birlikdə) Oracle Corporation tərəfindən satın alındı. NetBeans "Oracle"in tərkibində olarkən şirkətin məhsulu olan havayı proqram təminatı JDeveloper ilə uyğunlaşmalı idi, 2012-ci ilə qədər hər iki IDE ortaq kod bazası olan NetBeans Platforması ətrafında yenidən quruldu. 2016-cı ilin sentyabrında Oracle NetBeans layihəsini The Apache Software Foundation-a bağışlamağı təklif etdi və bunun "Java 9 və NetBeans 9 və ondan sonrakı versiyaların qarşıdan gələn buraxılışı vasitəsilə NetBeans komponentlərinə layihənin istiqaməti və gələcəkdəki uğurunda daha çox söz haqqı vermək üçün NetBeans idarəetmə modelini açmaq" olduğunu bildirdi. Bunu Javanın yaradıcısı Ceyms Qoslinq də təsdiqlədi.[8] Layihə 2016-cı ilin oktyabrında Apache Incubator-a daxil edildi.[9]

  1. [ANNOUNCE Apache NetBeans 23 Released]. 2024.
  2. The netbeans Open Source Project on Open Hub: Languages Page. 2006.
  3. "HTML5 Web Development Support". netbeans.org. December 24, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
  4. "NetBeans MOVED". platform.netbeans.org. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
  5. "original Xelfi homepage". 2012-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-17.
  6. "Happy Birthday NetBeans - interview with Jaroslav "Yarda" Tulach". Netbeans.org. May 17, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-17.
  7. "A Brief History of NetBeans IDE". Netbeans.org. 2013-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-17.
  8. "Java founder James Gosling endorses Apache takeover of NetBeans Java IDE". InfoWorld. September 13, 2016. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-19.
  9. "NetBeans Incubation Status". 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]