Apbak döyüşü — 1963-cü ildə Cənubi Vyetnam ordusu ilə Vyetkonq qüvvələri arasında baş vermiş döyüş.
Apbak döyüşü | |
---|---|
Tarix | 2 yanvar 1963 |
Vikianbarda əlaqəli mediafayllar |
Apbak kəndi Sayqonun cənub-qərbində, Mekonq deltasında yerləşirdi. 1962-ci ilin dekabrında Vyetnam Respublikası Ordusunun komandanlığı Aptanthoy kəndində Apbak yaxınlığında Vyetkonq radio ötürücüsünün olmasından xəbərdar olmuşdur. Cənubi Vyetnamın 7-ci piyada diviziyası ilə əraziyə basqın etmək qərarı verilmişdi.
Plana görə, Apbak kəndi üç tərəfdən mühasirəyə alınmalı idi: 7-ci diviziyanın 11-ci alayının üç piyada rotası şimaldan irəliləməli idi; iki "ərazi qüvvələri" batalyonu cənubdan hərəkətə keçəcəkdi; piyada və artilleriya bölüyü tərəfindən dəstəklənən 4-cü mexanikləşdirilmiş bölük (13 "M113" zirehli personal daşıyıcısı) cənub-qərbdən hücum etməli idi.[1] Kəndin şərqində yerləşən ərazi qəsdən açıq qalmışdı ki, partizanları o istiqamətə geri çəkilməyə məcbur etsinlər və Cənubi Vyetnam təyyarələrinin hücumuna məruz qalsınlar. Buna baxmayaraq, kənddə yerləşdirilmiş Vyetkonq qüvvələri lazımi səviyyədə qiymətləndirilməmişdi. Orada bir bölük olduğuna inanılırdı, əslində isə bir batalyon var idi.
Əməliyyat 2 yanvar 1963-cü ildə, səhər saatlarında başlamışdır. Apbakın şimalına eniş edən helikopter Vyetkonq qüvvələrinin şiddətli atəşinə məruz qalmış, 15 helikopterdən 5-i vurulmuşdu.[2] Partizanlar kəndin cənubunda Cənubi Vyetnam qüvvələrinin irəliləyişini dayandırmağa və qərb istiqamətindən "M113" zirehli transportyorlarının hücumunu dəf etməyə nail olmuşdular. Cənubi Vyetnam komandirlərinin çaxnaşma itki qorxusundan qaynaqlanan qərarsızlığı, habelə onların aşağı komanda keyfiyyətləri, bütün bunlar birlikdə kəndə hücumun uğursuzluğunda həlledici amil olmuşdu. Günün sonunda Vyetkonq qüvvələri Apbakdan geri çəkilmişdi.
Cənubi Vyetnam ordusunun itkilərinə 80 nəfər əsgərin ölümü və 100-ə yaxınının yaranmasından, ABŞ-də isə 3 hərbçinin ölümündən (vertolyot pilotları və hərbi məsləhətçi) və 8 nəfərin yaralanmasından ibarət idi. Partizanlar 18 nəfəri itirmiş, onlardan 39 nəfəri yaralanmışdır.
Vyetnam Respublikası Ordusunun canlı qüvvəsi və texnologiya baxımından əhəmiyyətli üstünlüyünə baxmayaraq, döyüşdə məğlub olmuşdur. Apbak döyüşü Vyetnam müharibəsinin ilkin mərhələlərində mühüm hadisə idi. Bu, ilk dəfə idi ki, Vyetkonq qüvvələri açıq döyüşdə hökumət ordusu ilə uğurla mübarizə aparmışdı.