Apitoksin

Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir.

Arı zəhəri təbabətdə

[redaktə | mənbəni redaktə et]

Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir.

Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir.

Arı zəhəri elmdə

[redaktə | mənbəni redaktə et]

Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə. Arı zəhərinin tərkibində bioloji aktiv melittin zülalı, sərbəst aminturşular, fermentlər (gialuronidaza, lesitinaza A), histamin (1%-ə qədər ), nuklein, formiat, ortofosfat və xlorid turşuları, piylər, uçucu yağlar, Mg, Cu, Ca və sairə var. Havada tez qatılaşıb quruyur, suda asan, qarışqa turşusunda və 60°-li spirtdə çətin həll olur. İstiyədavamlıdır (dondurularkən və 115 °C-yədək temp-rda xassələri dəyişilmir). Bakterisid təsiri azdır. Qədimdən xalq təbabətində istifadə olunur. Qan təzyiqini aşağı salır, hemoqlobinin miqdarını artırır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını zəiflədir, ürək əzələsinin işini nizamlayır, maddələr mübadiləsini yaxşılaşdırır və s. Arı zəhərindən alınan dərmanlar oynaq xəstəliklərində elektroforez yolu ilə, miozit, radikulit, üçlü sinir nevralgiyası, revmatizm, miqren, trofik xora, endarterioz, bronxial astma, tromboflebit və s. xəstəliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir. Böyrək, qara ciyər, mədəaltı vəzi, qan, diabet, ürək-damar və s. xəstəliklərdə istifadə etmək olmaz. Arı zəhərindən apitoksin, venapiolin, melissin (toksamin), virapin və apizartron məlhəmləri hazırlanır. Arı sancdıqda 0,2–0,3 mq zəhər ifraz edir; zəhərin ağrısını azaltmaq üçün yaraya naşatır spirti məhlulu ilə (1 hissə naşatır spirti, 5 hissə su) isladılmış sarğı qoyulur, ağır hallarda ürək fəaliyyətini nizama salan dərman tətbiq edilir. 500 və daha çox arının sancması ölümlə nəticələnir.

Arı zəhəri arılarda olan iki zəhər vasitəsilə hazırlanır, xüsusi zəhər kisəsinə topanır. Oradan isə sancma zamanı xaric olunur.

Arı zəhəri – şəffaf, rəngsiz, açıq havada tez qatılaşıb quruyan, acı dadlı, göynədici xassəyə və turş reaksiyaya malikdir. Arı zəhərinin tərkibinə üzvi birləşmələr, sərbəst amin turşuları, uçucu yağlar, fermentlər, mikroelementlər və s. daxildir.

Arı zəhəri təbabətdə işiasın, radikulitlərin, üçlü sinirin nevralgiyası, revmatizmin (yel xəstəliklərinin), bronxial astmanın, damar xəstəliklərinin və s. müalicəsində geniş tətbiq olunur.

Arı zəhəri – apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır, qan dövranı sisteminin fəaliyyətini yüksəldir, yuxunu, iştahı və insanın ümumi vəziyyətini yaxşılaşdırır, iş qabiliyyətini artırır.

Arı zəhəri natural şəkildə bilavasitə arı sancması yolu ilə və müxtəlif preparatlar şəklində istifadə edilir.

Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir. Ona görə də arı zəhəri ilə zəhərlənmə zamanı antihistamin preparatları (dimedrol və s.) işlədilir.

Böyük dozalarda arı zəhəri qüvvəli zəhərləyici təsirə malikdir. Belə ki, adamı 450–500 arının bir vaxtda sancması tənəffüsün iflicinə və ölümə səbəb olur. Apitoksin qüvvəli bakterisid təsirə malikdir. Hətta onu 50 min dəfə durultduqda belə bakteriaları öldürür.

Arı zəhərinin alınması

[redaktə | mənbəni redaktə et]

Yaşlı arı orta hesabla 0,4–0,8 mq zəhər ayırır. 12–14 günlük işçi arılarda zəhər vəziləri daha yaxşı inkişaf etmiş olur. Yeni çıxan cavan arılarda zəhər olmur.

Çoxlu miqdarda arı zəhəri laboratoriyalarda və arıxanalarda xüsusi elektrik cihazı vasitəsilə alınır. Belə cihaz elektrik impulsları yaradan elektrik stimulyatorundan və impulsları qəbul edən 10 kasetdən ibarətdir.

Arılardan zəhər alınması əsas bal yığımından əvvəl pətəkdə çoxlu miqdar arı olduqda həyata keçirilir. Kasetlər axşamdan – hava qaralana yaxın, arılar pətəyə toplandıqdan sonra ballı çərçivələrdən 2 sm, sürfəli çərçivələrdən isə xeyli aralı yerləşdirilir və 12 voltluq elektrik stimulyatoruna birləşdirilir. Cihazın fasiləsiz işləmə müddəti 8 saatdan artıq olmamalıdır.

Elektrik cərəyanı və mexaniki təsirə məruz qalan arılar cihazın nazik təbəqəsini sancaraq şüşənin hamar səthinə zəhərini tökürlər, dərhal da quruyur. Beləliklə, arılar ardıcıl olaraq zəhər verirlər. Proses başa çatdıqdan sonra şüşə üzərindəki qurumuş zəhər iti ülgüclə qaşınıb ağzı kip bağlanan tutqun rəngli şüşə qaba yığılır. Bir arıdan 0.1 mq-adək zəhər almaq olar. 1q zəhər almaq üçün 10 min arıdan istifadə etmək lazımdır.

Quru halda arı zəhərini aktivliyini itirmədən illərlə saxlamaq olar. Lakin onu uzun müddət nəm yerdə saxladıqda və qaynatdıqda xassəsi dəyişir.

Arı zəhəri arıların zəhər vəzilərinin hasil etdiyi sekresiya məhsulundan qurudulmuş xammaldır.

Arı zəhərinin xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]

•Quruluşu – kiçik hissəcikli toz və nazik pərdə halında;

•Rəngi – boz-sarı rəngdən qonur rəngə qədər;

•Orqanoleptik xassəsi – selik təbəqəsini qıcıqlandırır və asqırmaya səbəb olur;

•Nəmliyi – 12%-dən artıq olmamalıdır;

•Suda həll olmayan qalıq – 13%-dən artıq olmamalıdır;

•1:300 nisbətində məhlulun rəngi – Farmakopevanın IX nəşrində "Mayelərin rənginin təyini" bölməsində 3-a №-li etalonundakından artıq olmamalıdır;

•Hermolitik aktivlik – 60 saniyə

•Fosfolipaza aktivliyi – 8 mkq-a qədər.


  • Hacı Qulamhüseyn Sultanlı "Bal arıları aləmində" Bakı, 2007, səh. 191