Bal arısı

Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü.

Bal arısı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Növ:
Bal arısı
Beynəlxalq elmi adı

Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır. Ana arının sorucu ağız aparatı işçi arınınkındən qısa olduğu üçün nektar toplaya bilmir, arxa ayaqlarında çiçək tozcuğu yığmaq üçün aparatı, qarıncığında isə şan hörmək üçün mum ifraz edən mum "aynacıqları" yoxdur. Cavan ana arının erkək arılarla mayalanması yazın sonundan yayın axırınadək davam edir. Ana arı ailənin digər fərdlərinə nisbətən böyük olur. Bədəninin uz. 20–25 mm, çəkisi 200 mq-dan çoxdur. Ana arı mayalandıqdan sonra sutkada 2000–2500-ə-dək, mövsüm ərzində isə 200 minədək yumurta qoyur. Cinsiyyət vəziləri yaxşı inkişaf etmiş erkək arının (bədəninin uz. 15–17 mm, çəkisi 200 mq-adək) vəzifəsi yalnız ana arını mayalamaqdan ibarətdir. Ana arı beş ilədək yaşaya bilir, lakin onun intensiv yumurtaqoyma fəaliyyəti iki ildir. Zəiflədiyinə görə sonra ananı də- yişmək lazım gəlir. İşçi arıların arxa ayaqlarında tozcuğu yığan və ötürən fırça və səbətciklər var; aşağı qarın yarımhalqalarında mum "aynacıqları" (mum vəzilərinin ifraz etdiyi mumun lövhələr şəklində bərkidiyi xitin hissələr) olur. Xüsusi vəziləri tərkibində çoxlu zülali maddə olan və qiymətli qida xassələrinə malik arı südü ifraz edir. İşçi arılar yayda əsas məhsulu topladıqları vaxt 40–45 gün, yayın axırlarında yetişən arılar isə yazadək, yeni arılar əmələ gələnədək yaşayır. Ailədə olan bütün işci arılar iki qrupa ayrılır: yuvadaxili cavan (18–20 günlük) pətək arıları və yaşlı (18–20 günlükdən yuxarı) çöl (uçuş) arıları. Yuvadaxili arılar pətək daxilindəki işləri görür: şan hörür, pətəyi təmizləyir və onu düşmənlərdən qoruyur, havasını dəyişdirir, sürfəni (balanı) və ananı yemləyir, pətək- də sürfənin inkişafı üçün optimal temp-r rejimini yaradır. Çöl arıları uzaq məsafəyə uça bilir və sakit havada ailəni yemlə təmin etmək üçün nektar və çiçək tozu toplayır. Hər bir işçi arı yaşından asılı olaraq müxtəlif işləri icra edir. Yenicə qovuqcuqdan çıxmış arılar üç günlüyədək çıxdıqları qovuqcuqları təmizləyir, onun divarını cilalayır. Təmizlənməmiş qovuqcuğa ana yumurta qoymur. Tə- mizləyici arılar şan qovuqcuqlarındakı sürfələrin inkişafını təmin etmək üçün yuvanı qızdırır. 3 günlükdən 13 günlüyədək olan arılarda mum vəziləri fəaliyyətə başlayır. Belə arıların işi şan hörməkdən ibarətdir. 12–22 günlük arılar sürfələri qidalandırır və yuvaya gətirilmiş nektarı bala çevirir. Bundan sonra isə arılar nek- tar və çiçək tozu toplayır. Qədimdən yetişdirilən Bal arısı bal, mum, propolis (vərəmum), arı südü, arı zəhəri verməkdən başqa, çiçəklərin, k.t. bitkilərinin və meyvə-giləmeyvə ağaclarının tozlanmasında iştirak edir və məhsuldarlığın artmasında böyük rol oynayır.

İşçi arının ömrü qışlama vaxtı 6 ay, yaz və yay aylarında isə 40–50 gün olur. Ana arı 16, işçi arı 21, erkək arı isə 24 günə yetkin fərdə çevrilir. Hansı arı ailəsinin işçi qüvvəsi çoxdursa, təbiətin gəlişindən asılı olaraq həmin ailə 10–40 kq təmiz bal toplaya bilir. Onlar 3 km dairəsində yaxşı məhsul toplaya bilirlər. Bir arı uzaq məsafədə nektarlı bitki tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar.

Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar.

Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Bundan başqa ana arının genetik proqramına kodlanmış informasiya ilə sintezlənən bəzi xüsusi kimyəvi maddələr də mövcuddur. Bu qoxular vasitəsilə işçi arıların yumurtalıqlarının böyüməsinə mane olunur. Törəmə qabiliyyəti olmayan bu işçilərə sadəcə pətəyin içində və xaricindəki fəaliyyətləri yerinə yetirmə vəzifəsi verilmişdir

Arıların maraqlı xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Arıların pətəklərini birləşdirmə bucaqlarını hesablayan bəzi elm adamları, arıların istifadə etdikləri iki bucağın ən mükəmməl uyğunluqdakı ölçülərdən 0.02 dərəcəlik bir sapma göstərdiyini hesablamışlar. (Edilən ölçümlərdə arıların bu bucaqları sıraya 109.28 və 70.32 dərəcə olaraq etdikləri müəyyən olunmuşdur. Çox həssas hesablamalarla, riyaziyyatçı Konig bu məqsədə xidmət edəcək ən uyğun bucaqların 109.26 və 70.34 olmasının lazımlığını hesablamışdır)

Şotlandiyalı riyaziyyatçı Colin MacLaurin (1698–1746) isə bu izahlarla razılaşmayaraq təcrübəni təkrarlamışdır. Tapdığı nəticəyə görə Konig və qrupu loqarifm cədvəlində edilən kiçik bir səhv səbəbiylə 0.02 dərəcəlik fərq meydana gətirəcək səhv hesabat aparıblarmış. (G. Mansfield, Creation or Chance God's purpose with mankind proved by the wonder of the universe, Logos Publications)

Beləliklə ən mükəmməl bucağı arıların doğru, elm adamlarının isə səhv olaraq hesabladıqları ortaya çıxmışdır.

Kompüter proqramçıları bal arılarını nümunə götürür

[redaktə | mənbəni redaktə et]

İnternet mühitində ticarətin getdikcə artması özü ilə bəzi əhəmiyyətli problemləri də gətirir. Müştərilərin ticarət davranışları çox vaxt gözləniləndən uzaq və bir-birlərindən tamamilə fərqli olur. Bu vəziyyətin ortaya çıxardığı dəyişkən trafik isə onlayn satış edən internet serverləri üzərində ani yüklənmə meydana gətirir. (Server istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüter) Məhz bu yüklənmələri nizamlayacaq texnologiyalar inkişaf etdirmək üçün Oksford Universiteti və Corciya Texnologiya İnstitutunun mütəxəssisləri birlikdə çalışırlar. Tədqiqatçılar bu işlərdə trafiki fəal şəkildə təşkil olunmuş bir topluluğu nümunə götürürlər. Trafikin sıx olduğu anlarda internet serverlərinin işini yüngülləşdirən texnologiyalarda "bal arısı koloniyalarının" davranışları təqlid edilir.

İnternetdə həyata keçirilən səhmlərin alqı-satqısında, alış və ya hərraclarda müştərilərin bir anda kəskin artması server işlədən firmalar üçün böyük çətinlik meydana gətirir. Maksimum gəlir əldə etmək üçün bağlı olduqları kompüterləri anbaan nəzarət etməklə, sürətli müdaxilələrlə dəyişən istək səviyyələrinə uyğunlaşma göstərə biləcək halda tutmalıdırlar. Ancaq bir kompüterə eyni vaxtda yalnız bir şəbəkə proqramı yükləmək mümkün olduğu üçün bu, çatışmazlıq meydana gətirir. Bu proqramları ard-arda dəyişdirmək kompüterin özünü yenidən nizamlaması üçün lazım olan 5–7 dəqiqəlik zaman intervalında kəsilmə, yəni zərər meydana gətirir.

Arıların gördüyü işdə də bənzər bir problem nəzərə çarpır. Çiçək sahələri keyfiyyət cəhətdən müxtəlifdirlər. Buna görə də maksimum miqdarda nektar toplamağa istiqamətli hərəkət edən bir koloniyada hər bir çiçək sahəsinə neçə arının göndəriləcəyi, bu arıların orada nə qədər zaman sərf edəcəkləri kimi qərarların problem yaradacağı düşünülə bilər. Ancaq arıların olduqca səmərəli iş sistemi sayəsində belə bir problem yaranmadan işlər asanlıqla həll edilir.

Bir pətəkdə olan arıların beşdə biri nektar toplayan işçi arılardan ibarətdir. Bunların vəzifəsi çiçək sahələri ilə pətək arasında daima gedib-gəlmək və mümkün qədər çox miqdarda nektar yığmaqdır. İşçi arılar pətəyə qayıtdıqları zaman yüklərini pətəyə nəzarət edən və yemləri tədarük edən arılardan birinə təhvil verirlər. Nektarı qəbul edən arılar da bunları pətəyin xanalarına yerləşdirirlər. Nektar daşıyıcı arı yoldaşlarının tapdığı çiçək sahələrinin özünün tapdığı çiçək sahəsinə nisbətən nə qədər məhsuldar olduğunu öyrənmək üçün yenə pətəkdəki yoldaşlarından faydalanır. Belə görünür ki, arı pətəyə gəldikdə yükünü təhvil verə biləcəyi, məşğul olmayan bir arı tapmaq üçün sərf etdiyi müddətə baxır. Əgər bu gözləmə müddəti çox uzun çəkərsə, nektar toplayıcı arı bunu öz çiçək sahəsinin yüksək keyfiyyətdə olmadığına, digər arıların çoxunun da müvəffəqiyyətli axtarışlar etdiyinə bir işarə olaraq qəbul edir. Ancaq nektarını özündən təhvil alacaq çox sayda arı ilə qarşılaşsa, yükünün yaxşı keyfiyyətdə olması ehtimalı artır.

Beləliklə, bu məlumatı istifadə edən arı çiçək sahəsinin daha çox zəhmətə dəyib dəymədiyinə qərar verir. Əgər bu zəhmətə dəyərsə, digərlərinin özünü təqib etməsi üçün məşhur arı rəqsini edir. Bu rəqsin uzunluğu isə çiçək sahəsinin nə qədər məhsuldar olacağına işarə edir.

İngiltərədənin Oksford Universitetindən Sanil Neykrani ilə ABŞ-nin Atlanta şəhərinin Corciya Texnologiya İnstitutundan Kreyq Tovi arıların strategiyasını internet serverlərinin problemlərilə uyğunlaşdırdılar. Bu uyğunlaşdırmada hər bir server nektar toplayıcı arı, müştəri tələbi də çiçək sahəsi rolunu üzərinə götürmüş oldu. Beləliklə, dr. Neykrani və dr. Tovi internet serveri "pətəkləri" üçün "bal arısı" alqoritmi yaratdılar. (Alqoritm — qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.)

Arıların rəqslə reallaşdırdığı işi server reklam hazırlayaraq və reklamı pətəkdəki digər serverlərə göndərərək edir. Bu reklamın müddəti o serverin müştərilərinin əhəmiyyətini və kar gətirmə dərəcəsini əks etdirir. Digər serverlər də reklamı oxuyub arı rəqsindəki təlimatları izləyən işçi arılar kimi davranır. Reklamı və öz təcrübələrini də dəyərləndirərək o an üçün xidmət etdikləri müştərilərdən reklamı göndərən serverin xidmət etdiyi müştərilərə keçid edib etməmə mövzusunda qərar verirlər.

Dr. Nakrani və dr. Tovi qurduqları bal arısı alqoritmini hal-hazırda bir çox internet provayderi (internet host providers) tərəfindən istifadə edilən və "açgöz" alqoritm adlandırılan alqoritmlə müqayisə etdilər. Açgöz alqoritm geriyə dönəndir; zamanı bərabər dilimlərə bölür və bir əvvəlki dilimdə ən qazanclı tənzimləmənin nə olduğunu təsbit edərək yeni dilimdə artıq serverlər müştərilərə ona görə xidmət edir. İnternet trafikinin olduqca dəyişkən olduğu anlarda bal arısı alqoritmi açgöz alqoritmdən 20% daha yaxşı performans göstərir. Bəlkə də, yaxın gələcəkdə bal arısı loqarifmi ilə işləyən serverlər yayılacaq və onda internet üçün "interkoloniya" terminini istifadə etmək daha uyğun olacaq.

  • Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var.
  • Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri çinədanındakı şirəni və suyu, bəzən isə ayaqlarındakı çiçək tozcuğunu yerbəyer etməklə məşğul olurlar. Su arıların inkişafında vacib rol oynayır.
  • Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər.
  • Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.

Azərbaycanın arı genofondunu iki arı növü – Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var.

Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bunu ilk dəfə 1906-cı ildə Qorbaçov soyadlı alim Şəkidə Qabaqtəpə kəndində olanda aşkar edib. Sonra dünyada məşhurlaşan Qabaqtəpə arılarından ana arını Amerikaya aparıb. Keçmiş ittifaq dövründə Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a qədər ölkəsinə göndərilib.

Bu populyasiylar içərisində isə yerli arı genofondumuzun "qızıl arısı" sayılan Qabaqtəpə populyasiyası xüsusilə seçilir. "Qızıl arı" məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləməklə yanaşı, ondan üstün olaraq yüksək sürətlə inkişaf etmək, soyuq qışı keçirmək, küləkli iqlim şəraitinə uyğunlaşmaq, böyük floramiqrasiya göstəricisi ilə seçilmək kimi müsbət xüsusiyyətlərə malikdir. Başqa arılardan fərqli olaraq, bu qiymətli seleksiya materialı sancmaya həsir deyil, beçəvermədən asan qayıdır, gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu rayonlarda belə digər arı cinslərindən çox bal toplayır ki, bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Lakin çox təəssüf ki, qeyri-məqbul aqrar siyasəti nəticəsində "qızıl arı"nın gələcək mövcudluğu təhlükə altındadır.

Sarı Qafqaz arı cinsindən olan Sarı İran və Lənkəran arı populyasiyası isə Lənkəran-Astara bölgəsində, həmçinin Yardımlı, Lerik-Cəbrayıl, Zəngilan və Naxçıvanda yayılıb. Arılar bizim üçün bal gətirirlər

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Linnaeus C., Salvius L. Systema Naturæ (lat.): Per Regna Tria Naturæ, Secundum Classes, Ordines, Genera, Species, Cum Characteribus, Differentiis, Synonymis, Locis. 10 Holmiæ: Impensis direct. Laurentii Salvii, 1785. S. 576. doi:10.5281/ZENODO.3922706
  • Min bir dərdin dərmanı
  • 1. "Bu məqalə elmi yazıçı Keyt Ravilzin "The Economist" dərgisində nəşr olunan məqaləsinə əsaslanmışdır. Referans: Kate Ravilious, "Honey bees and internet optimisation," The Economist, 15 aprel 2004
  • 2. "The Internest" The Economist, 17 aprel 2004,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]