Appassionata qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1970-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr edilmişdir.
Appassionata | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Əlihüseyn Hüseynov |
Ssenari müəllifi | Vladimir Sinitsın |
Operatorlar |
Əlihüseyn Hüseynov Fəraməz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1970 |
Texniki məlumatlar |
2 hissə 567 metr |
Film V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr edilmişdir.[1]
Kinolent üç novelladan ibarətdir. Birinci novella "Qəzet" adlanır. O, "Qızıl Quba" qəzetinin yaranma tarixinə, Azərbaycan bölgələrində onun mədəni inqilabın həyata keçirilməsindəki roluna həsr edilmişdir. İkinci novella-"Buruq" Bakıda neft sənayesinin yaranması və inkişafından danışır, üçüncü isə "Çinar" Bərdə rayonudakı qabaqcıl və varlı "Azərbaycan" kolxozunun timsalında Azərbaycanda kolxoz quruculuğuna həsr olunmuşdur.[1]
Filmdə Bethovenin "Appassionata"sı səslənir.[1]
Ssenari müəllifi: Vladimir Sinitsın
Rejissor: Əlihüseyn Hüseynov
Operator: Əlihüseyn Hüseynov, Fəraməz Məmmədov
Azərbaycan filmlərinin siyahısı
1970-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı