Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Əlihüseyn Hüseynov.
Əlihüseyn Hüseynov (5 dekabr 1922, Quba – 4 iyun 1987) — Azərbaycan rejissoru, operator, ssenarist.[1]
Əlihüseyn Hüseynov 1922-ci il dekabrın 5-də[2] anadan olub. İkinci Dünya müharibəsi zamanı orta təhsilini bitirdikdən sonra, cəbhəyə yollanıb. 1943-cü ildə yaralanıb. Müalicədən sonra 1945-ci ildə ordudan tərxis olunub. 1948-ci ildə ÜDKİ-nun kinooperatorluq fakültəsinə daxil olub. 1954-cü ildə Bakıya qayıdıb. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında çalışıb. İlk dəfə kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi "Görüş" filmində kinooperatorlardan Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olub. "Qanun naminə" kinodramı kinooperator Əlihüseyn Hüseynovun bədii kinoda sonuncu işidir. Bu filmdən sonra o, rejissor kimi "Azərbaycanfilm" kinostudiyasında 10-a yaxın sənədli film çəkib. Səhhətində yaranan problemlərə görə 1982-ci ildə kinodan birdəfəlik uzaqlaşıb. Əlihüseyn Hüseynov 4 iyun 1987-ci ildə vəfat edib.
- Appassionata (film, 1970)
- Aygün (film, 1960)
- Azərbaycan çayı (film, 1967)
- Azərbaycan elmi (film, 1969)
- Bacarıqlı əllər (film, 1963)
- Bakı Sovet Azərbaycanının paytaxtıdır (film, 1977)
- Bizim opera (film, 1960)
- Cavidi xatırlarkən (film, 1982)
- Cazibə qüvvəsi (film, 1964)
- Çaqqal oğlu çaqqal (film, 1972)
- Çobanlar (film, 1961)
- Əmək və qızılgül (film, 1962)
- Əminə Dilbazinin rəqsləri (film, 1961)
- Görüş (film, 1955)
- Həyat öyrədir (film, 1961)
- "İmportnı" yaxud zırrama (film, 1972)
- İstintaq davam edir (film, 1966)
- Komissarın ürəyi (film, 1978)
- Konsert (film, 1961)
- Qanun naminə (film, 1968)
- Qara daşlar (film, 1956)
- Qaraca qız (film, 1966)
- Qədim diyarın gəncliyi (film, 1974)
- Mahnı bayramı (film, 1954)
- Mahnı qanadlarında (film, 1959)
- Mənim iki beşilliyim (film, 1975)
- Min bir xəzinə (film, 1976)
- Naxçıvan-50 (film, 1975)
- Nəsimi (film, 1971)
- Pambığın suvarılması texnikası (film, 1960)
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
- Sehrli xalat (film, 1964)
- Süd kombinatında (film, 1960)
- ↑ Əlihüseyn Hüseynov – 100
- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.