Apuole

ApuoleLitvanın Klaypeda regionunun Skuodas rayonunda yerləşən tarixi kənddir. Aleksandriya inzibati ərazi vahididin tərkibinə daxildir. Kənd Şat və Lyubi çayları arasında, Skuodasdan 8 kilometr şərqdə yerləşmişdir. 2001-ci il məlumatlarına əsasən kənddə 132 nəfər yaşamışdır.[1] 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, kənddə hal-hazırda 119 nəfər yaşayır.[2] Kənd 854-cü ildə vikinqlərin hücumuna məruz qalmışdır. Apuole yazılı mənbələrə əsasən Litvanın ən qədim kəndi hesab olunur. 2004-cü ildən başlayaraq orta əsrlərdə baş vermiş tarixi döyüşün şərəfinə hər il "Apuole 854" festivalı keçirilir.[3]

Kənd
Apuole
lit. Apuolė
56°14′40″ şm. e. 21°39′20″ ş. u.HGYO
Ölkə  Litva
Region Klaypeda
Rayon Skuodas
Rayon Aleksandriya
İcma Aleksandriya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 42 m
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 119 nəfər (2011)
Xəritəni göstər/gizlə
Apuole xəritədə
Apuole
Apuole
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Apuole kurqanı

Apuole Baltika xalqlarından olan kurşeylərin əhəmiyyətli şəhərlərindən biri olmuşdur. Qədim qalanın yerində hal-hazırda kurqan yerləşir. Arxeoloqlar bizim eramızın 1-ci əsrində tikilmiş taxta qalanı hələ də tarixi abidə kimi qoruyurlar.[4] Arxeoloji tədqiqatlara əsasən, qalanın yaxınlığında böyük qəsəbə mövcud olmuşdur. Bu tikili kəndin inkişafının erkən mərhələsinə aid təsəvvürlər yaradır.[5]

Rimbert öz "Müqəddəs Ansqarın həyatı" kitabında kurşeylər və vikinqlər arasında baş vermiş erkən münaqişələrdən söhbət açmışdır. 854-cü ildə kurşeylər İsveçə vergi ödəməkdən imtina etdilər və üsyana qalxdılar.[6] Üsyançılar əvvəlcə Danimarkada yerləşən qalaya hücum etdilər. Danimarka hökuməti kəndi vergi ödəməyə məcbur etmək istəyirdilər. Yerli sakinlər qənimətlə birlikdə qalanı tutdular və qələbə qazandılar.[6] Məğlub olduqlarını öyrəndikdən sonra İsveç kralı I Ulof Yer kürəsinə yayılmış kurşeylərin üzərinə böyük yürüş təşkil etdi. Apuoleyə hücumdan əvvəl isveçlilər Qrobinyunu işğal etdilər və yandırdılar. Rimbertin məlumatlarına əsasən, Apuolenin 15 min sakini səkkiz gün ərzində mübarizə apardılar. Amma sonra təslim olmağa qərar verdilər: qalada mübarizə aparan hər bir kurşeyli vergini gümüşlə ödəməyə məcbur oldular. Gələcəkdə vergi ödəyəcəklərinə zəmanət vermək üçün 30 girov verdilər.[4]

Apuole adı yenidən 1253-cü ildə Riqa yepiskopu ilə Livoniya Ordeni arasında imzalanan müqavilədə yenidən xatırlanır. Həmin sənəddə Apuole insan yaşamayan yer kimi təsvir olunmuşdur. Ehtimal olunur ki, qala dağıdılmış və sakinlər daha təhlükəsiz yerlərə köçürülmüşdür. Kəndin adı yenidən XVII əsrdə xatırlanır. XIX əsrin sonuna yaxın burada yerləşən kurqan tarixçilərin və arxeoloqların diqqətini cəlb etməyə başladı. Birinci qazıntılar 1928-1932-ci illər aralığında Eduard Volter və Birger Nerman tərəfindən həyata keçirilmişdir.

  1. Klaipėdos apskrities kaimo gyvenamosios vietovės ir jų gyventojai (PDF) (litva). Vilnius: Department of Statistics to the Government of the Republic of Lithuania. 2003. səh. 48. ISBN 9986-589-88-6. 2011-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-25.
  2. "Gyventojai gyvenamosiose vietovėse" (Excel). Department of Statistics to the Government of the Republic of Lithuania. 2013-01-25. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.
  3. "В Литве состоится фестиваль – битва викингов и куршей «Апуоле 854»". «Комсомольская правда». 2009-09-21. 2017-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
  4. 1 2 Simas Sužiedėlis, redaktorApuolė // Encyclopedia Lituanica. I. Boston, Massachusetts: Juozas Kapočius. 1970–1978. 112–113.
  5. Zabiela, Gintautas. Lietuvos medinės pilys (litva). Vilnius: Diemedis. 1995. səh. 63. ISBN 9986-23-018-7.
  6. 1 2 Butrimas, Adomas; Jovaiša, Eugenijus; Malonaitis, Arvydas. Seniausios rašytinės žinios apie Rytų Pabaltijį // Gimtoji istorija. Nuo 7 iki 12 klasės (litva). Vilnius: Elektroninės leidybos namai. 2002. ISBN 9986-9216-9-4. 2008-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.