İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır.
İsgəndəriyyə | |
---|---|
الإسكندرية | |
31°11′51″ şm. e. 29°53′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 331 |
İlk məlumat | 332 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | −1 m[2] |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +20 3 |
Poçt indeksi | 21500 |
Digər | |
alexandria.gov.eg | |
Vikianbarda əlaqəli mediafayllar |
Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur. İsgəndər vəfat etdikdən sonra bu şəhərdə bir mavzoleydə dəfn olunur. Sonrakı illərdə Ptomoley Misir üzərində hökmranlıq edərək bu şəhəri paytaxta çevirir. Bu ərəfədə İsgəndəriyyə bütün yunan məmləkətində ən məşhur bir şəhərə çevrilir. Şəhərin ən mühüm kvartallarından biri Şah sarayı yerləşən Bruxeion idi. Bu şəhərdə e.ə.300–279-cu illər arasında Sostratos tərəfindən antik dünyasının yeddi möcüzələrindən sayılan İsgəndəriyyə mayakı tikilir. İsgəndəriyyə kitabxanası da dünya şöhrətli idi. Burada 700000 yazı vərəqləri saxlanırdı. İsgəndəriyyə məktəbində dünya miqyaslı filosoflar və alimlər Heron, Pifaqor, Evklid və b. çalışmışlar.
E.ə. 30-cu ildə İsgəndəriyyə Roma imperiyası uğrunda vuruşan Oktavian tərəfindən tutulur. Roma dövründə də İsgəndəriyyənin mənası itmir və o Romadan sonra ikinci böyük şəhər kimi imperiyada önəmli yer tutur. Antik dövr üçün burada əhali sıxlığı çox yüksək idi. Şəhərdə təxminən 500000 qədər əhali yaşayırdı. Yəhudilər də əhalinin böyük hissəsini təşkil edirdilər. Tarixi mənbələrə görə burada yaşayan əhali çox emosional olmuşlar. Beləki, şəhərdə tez-tez iğtişaşlar baş verirmiş.
İsgəndəriyyə antikdən sonrakı dövrdə də xristian teoloqları arasında və ümumiyyətlə ən vacib bir mədəniyyət mərkəzi kimi mövcud olmuşdur. Burada açılmış məktəb qısa bir zamanda öz qapılarını xristianlara açır. İsgənəriyyə Osmanlı İmperiyası dövründə Konstantinopoldan sonra ən önəmli şəhərlərdən idi. 619-cu ildə Misir sasanilər tərəfindən tutulur, ancaq 628-ci ildə Bizans dövləti önu geriyə qaytarır. 642-ci ildə şəhər ərəblər tərəfindən tutulur və həmişəlik müsəlmanların əlinə keçir.
Orta əsrlərdə İsgəndəriyyə Aralıq dənizi hövzəsində mühüm limanlardan biri kimi qalmaqdadır. O əz siyasi əhəmiyyətini artıq itirmişdir. Bu, həmin ərazidə İstanbul və Qahirə kimi iri şəhərlərin inkişafı ilə bağlı olmuşdur. İsgəndəriyyənin sonrakı inkişafı XIX əsrə aiddir. Buradan keçən Süveyş kanalı Avropa koloniyaçıları arasında bu şəhərə marağı artırmışdır. Belə ki, Napoleon 1798-ci ildə bu ərazi uğrunda ingilislərlə döyüş aparır və uduzur.
Hazırda bu şəhərdən Misirin ixrac etdiyi malların 1/4-i keçir. Şəhər tekstil sənayesi, avtomobilqayırma, kimya sənayesi, yeyinti məhsulları və neft sənayesi üzrə Misirin ən mühüm sənaye mərkəzinə çevrilmişdir. Bu günkü İsgəndəriyyə köhnə və yeni şəhərdən ibarətdir. 2002-ci ildə İsgəndəriyyədə BMT-nin köməyi yeni kitabxana binası inşa edilmişdir.
İsgəndəriyyə kitabxanasının taleyi şəhərin Sezar tərəfindən tutulması zamanı (e.ə. 48–47-ci illər) mübahisəlidir. Bəzi antik mənbələr Sezarın şəhəri yandırmasından danışır. Bəziləri kitabxananın tamamilə, bəziləri isə müəyyən hissəsinin yanmasından bəhs edirlər. Ancaq Museyon məktəbinin bundan sonra da fəaliyyət göstərməsi xəbər verilir. Bu zaman məktəbin rəhbərliyi Sezara məktub yazaraq kitabxanadan 200000 əlyazmanı ona hədiyyə edir. Museyon məktəbinin sonuncu rəhbəri İsgəndəriyyəli Teon (335–405) olmuşdur.
391-ci ildə patriarx Teofilos İsgəndəriyyədə olan bütün hayden məcsidlərini uçurdur. Səbəb İsgəndəriyyədə haydenlərlə xristianlar arasında olan qarşıdurma olmuşdur. Bununla bərabər kitabxanın haydenlərə aid olan hissəsi də dağıdılır. 642-ci ildə şəhərin ərəblər tərəfindən tutulması zamanı İsgəndəriyyə kitabxansı tamamilə yandırılır.