Aqil Əliyev

Aqil Əlirza oğlu Əliyev (10 dekabr 1926, Naxçıvan7 mart 2006, Bakı) — Azərbaycan iqtisadçısı, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor.[1]

Aqil Əliyev
Aqil Əlirza oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı Professor
Təhsili
Mükafatları

"Qırmızı əmək bayrağı" ordeni "Şöhrət" ordeni

"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır.

1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür,

1983-cü ildən iqtisad elmləri doktorudur.

Professor A. Ə. Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.[2]

A. Ə. ƏIiyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir.

Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.

Professor A. Ə. ƏIiyev 50 ilə yaxın müddətdə elmi-pedaqoji sahədə fasiləsiz olaraq fəaliyyət göstərib.

O, 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt Peterburqda və digər xarici ölkələrdə çap olunmuşdur. O, Azərbaycanda ilk dəfə tədqiq olunan "Şəxsi istehlakın Iqtisadiyyatı", "Tibbin iqtisadiyyatı", "Xalq istehlakı", "Aqrar Iqtisadiyyatın aktual problemləri" və sair sanballı monoqrafiyaların müəllifidir.

Alimin əsas elmi istiqamətlərindən birini maddi-texniki bazasının, kənd əhalisinin həyat tərzinin yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri təşkil edir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professor A. Ə. ƏIiyevin 32 elmi əsəri çap olunmuşdur.

O, beynəlxalq və respublika konfranslarında, simpoziumlarda, seminarlarda məruzələrlə çıxış etmişdir.

Aqil Əlirza oğlu Əliyev 1986–2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənməsində yaxından iştirak etmiş, "əhalinin sağlamlığının qorunması" problem komissiyasının sədri olmuşdur. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən lortib edilərək kompleks proqrama daxil edilmişdir.

O, həmçinin 2000-ci lllərdə Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olmuşdur.

A. Ə. ƏIiyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşır. Bilavasitə onun rəhbəriiyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub.

A. Ə. ƏIiyev respublikanın, Tibb Universitetinin ictimai həyatında yaxından iştirak edir. O, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Beynəlxalq Universitetinin elmi şurasının üzvü, Respublika Ziyalılar Cəmiyyəti idarə heyətinin üzvüdür.

2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

2006-cı il 7 martda dünyasını dəyişmişdir.

  • Actual problems of Food Supply Program. — Monography, "Azerneshr", 1986 (in co-authorship with A. Kasimov).
  • Problems of consumer consumption. — Monography, "Azerneshr", 1982.
  • Economics of public health services. — "Tebib", 1999 (in co-authorship with R. Sultanova).
  • Role of reforms in social-economical development of Azerbaijan. — Publishing house "Azebaijan International University", 1998 (in co-authorship with N. Qasimov).
  • Actual problems of raising of living standards of the Azerbaijan populations. — Monography, "Seda", 2000 (in co-authorship with N. Qasimov).

Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)

8 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[3].

  1. "AQİL ƏLİRZA OĞLU ƏLİYEV. azertag.az". 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
  2. "Əliyev Aqil Əlirza oğlu. aii.az". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-23.
  3. president.az. ""Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 8 dekabr 2016-cı il tarixli, 2492 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 08.12.2016. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]